Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərində su olmayacaq
Magistral su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verlməsində fasilə yaranacaq.
Bu barədə 1news.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
"Magistral su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar 3 yanvar saat 22:00-dan 4 yanvar 11:00-a dək Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verlməsində fasilə yaranacaq", - məlumatda qeyd olunur.
293