Gürcüstanda zəlzələ baş verib | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda zəlzələ baş verib

17:44 - 28 / 12 / 2024
Gürcüstanda zəlzələ baş verib

Tbilisidən 58 km məsafədə, Dmanisi şəhəri (Kvemo Kartli regionu) yaxınlığında 4,2 maqnitudalı zəlzələ baş verib.

1news.az Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin saytında məlumat yayılıb.

Məlumata görə, Tbilisi vaxtı ilə saat 15:44-də qeydə alınan zəlzələnin episentri 15 kilometr dərinlikdə, Soqulotlo kəndindən iki kilometr məsafədə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Paylaş:
116

Son xəbərlər

Bütün xəbərlər