Cənubi Koreyada baş verən təyyarə qəzasında ölənlərin sayı açıqlanıb
Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 122 nəfərin həlak olduğu təsdiqlənib.
1news.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, “Jeju Air” aviaşirkətinə məxsus Bankonq-Muan reysini həyata keçirən “Boeing 737-800” təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və yanğın baş verib. Təyyarədə ümumilikdə 181 nəfər olub.
Qəza ilə əlaqədar olaraq Muan Beynəlxalq Hava Limanında bütün daxili və beynəlxalq reyslərin ləğv edildiyi bildirilir.
253