Ceyhun Bayramov serbiyalı həmkarına Ermənistanla sülh prosesi barədə məlumat verib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov serbiyalı həmkarına Ermənistanla sülh prosesi barədə məlumat verib

Qafar Ağayev14:37 - 23 / 12 / 2024
Ceyhun Bayramov serbiyalı həmkarına Ermənistanla sülh prosesi barədə məlumat verib

Serbiyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç arasında geniş tərkibdə görüş keçirilib.

1news.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüşdə siyasi, təhlükəsizlik, iqtisadi və enerji məsələləri, iki ölkə arasında strateji tərəfdaşlığın humanitar və digər aspektləri müzakirə edilib.

Hər iki tərəf bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı dəstəkləməkdən, regional və beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarına Ermənistanla davam edən sülh və normallaşma prosesi, eləcə də sülh gündəmi qarşısında duran problemlər barədə də məlumat verib.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər