Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVA

09:58 - 28 / 11 / 2024
Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVA

Noyabrın 28-i saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, hazırda Bakıda və Abşeron yarımadasında çiskinli, yağıntılı hava şəraiti hökm sürür. Əvvəlcədən xəbər verildiyi kimi, bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, Balakən-Şəki zonasında 13-26 mm, Naxçıvan MR-da 5-9 mm, Quba-Qusar bölgəsində 3 mm, Qazax-Gəncə bölgəsində 2-5 mm, Mərkəzi Aran və Lənkəran-Astara bölgəsində 2 mm yağıntı qeydə alınıb.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Sarıbaşda (Qax) 18 sm, Əlibəy (Zaqatala), Şahbuzda 16 sm, Şahdağda 11 sm, Qrızda (Quba) 7 sm, Gədəbəydə 4 sm, Şəkidə 2 sm olub.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsən, Şahdağda 20 m/s, Mingəçevirdə 18 m/s, Gədəbəydə 16 m/s-dək güclənib.

Göygöl, Qax, Balakən, Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Göyçay, Lerik, Qobustanda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta qeydə alınıb.

Paylaş:
455

Son xəbərlər

“Qarabağ” Qəbələyə qalib gəlib,1/4 finala vəsiqə qazanıb04 / 12 / 2024, 17:58Gənc yazar dünyasını dəyişdi04 / 12 / 2024, 17:54Yasamal və Xəzər rayonlarının bir hissəsində qaz kəsiləcək04 / 12 / 2024, 17:45Ödənişli avtomagistrallarla bağlı yeni cərimələr müəyyən olunur04 / 12 / 2024, 17:42Santa Klausun izi ilə - Antalyanı bir də belə tanıyın - FOTO04 / 12 / 2024, 17:30“Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib04 / 12 / 2024, 17:29Məktəb yoldaşına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şagird saxlanılıb04 / 12 / 2024, 17:11Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb04 / 12 / 2024, 17:05Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək04 / 12 / 2024, 16:49ASAN könüllülərinin sayı 40 mini ötdü - FOTO04 / 12 / 2024, 16:45“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTO04 / 12 / 2024, 15:56Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşır04 / 12 / 2024, 15:16Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO - YENİLƏNİB04 / 12 / 2024, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edib04 / 12 / 2024, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıb04 / 12 / 2024, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTO04 / 12 / 2024, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYE04 / 12 / 2024, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülüb04 / 12 / 2024, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olub04 / 12 / 2024, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladı04 / 12 / 2024, 13:20
Bütün xəbərlər