Rauf Vəliyev: ASCO 2012-ci illə müqayisədə emissiyaların 20% azaldılmasına nail olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rauf Vəliyev: ASCO 2012-ci illə müqayisədə emissiyaların 20% azaldılmasına nail olub

Qafar Ağayev17:09 - 20 / 11 / 2024
Rauf Vəliyev: ASCO 2012-ci illə müqayisədə emissiyaların 20% azaldılmasına nail olub

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” mövzusunda müzakirər aparılıb.

1news.az xəbər verir ki, ASCO-nun təşkilatçılığı ilə keçirilən müzakirələrdə nüfuzlu gəmiçilik, liman şirkətlərinin və təsnifat cəmiyyətlərinin rəhbər şəxsləri, eləcə də beynəlxalq dənizçilik sektorunun aparıcı mütəxəssisləri iştirak ediblər.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev açılış nitqi ilə çıxış edərək, Azərbaycanın dünyanın ən böyük tədbiri sayılan COP29-a ev sahibliyi etməsinin tarixi hadisə olduğunu diqqətə çatdırıb.

Rauf Vəliyev çıxışında ASCO-nun dekorbanizasiya istiqamətində gördüyü işlər və strateji hədəfləri barədə məlumat verib. Sədr vurğulayıb ki, ASCO 2012-ci illə müqayisədə emissiyaların 20% azaldılmasına nail olub. Bu da Beynəlxalq Dəniz Təşkilatının (IMO) 2030-cu il hədəfinin vaxtından əvvəl yerinə yetiriməsi deməkdir: “Bu uğuru əldə etmək asan olmadı. Ancaq bunu yeni gəmilərə investisiya yatıraraq, mövcud gəmiləri yenidən təmir edərək, köhnə gəmiləri istismardan çıxararaq və enerji səmərəliliyini artıraraq əldə etdik. Məqsədimiz IMO-nun 2050-ci ilədək sıfır emissiya hədəfinə nail olmaqdır və biz bunun üçün dayanıqlılıq həllərini inkişaf etdirmə və karbon emissiyalarının azaldılması strategiyalarını araşdırmaq istiqamətində aktiv fəaliyyət göstəririk.”

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov çıxışında dekarbonizasiyaya dair görülən işlər haqqında danışıb və bu sahədə əməkdaşlıqların vacibliyinə toxunub. O qeyd edib ki, biz bütün partnyorlarımızla, həmçinin ASCO ilə birgə yaşıl dənizçilik istiqamətində səylə çalışır və inanıram ki, sıfır emissiya hədəfinə birlikdə çatacağıq.

ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli şirkətin emissiyaların azaldılması strategiyası barədə geniş təqdimatla çıxış edib. O, 2050-ci ilədək sıfır emissiya hədəfinə çatmaq üçün şirkətin mərhələlər üzrə görəcəyi işlər barədə məlumat verib.

“Capital Maritime and Trading Corp” gəmiçilik şirkətinin təsisçisi və sədri Evangelos Marinakis də çıxışında şirkətinin yaşıl enerjiyə keçid prosesinə yanaşması, ikiyanacaqlı mühərrik texnologiyası və enerjiyə qənaət məqsədilə tətbiq etdiyi digər innovativ həllərlə bağlı təcrübəsini bölüşüb.

“DP World” şirkət qrupunun üzvü “P&O Maritime Logistics”in Baş icraçı direktoru Narayana Prasad Narumanchi Venkata Lakshmi “Dekarbonizasiya strategiyaları: 1, 2 və 3-cü sahə emissiyalarının aradan qaldırılması” mövzusunda təqdimatında dekarbonizasiyanın məqsədləri barədə ətraflı məlumat verib. O, bununla bağlı beynəlxalq gəmiçilikdə, o cümlədən təmsil etdiyi şirkətdə tətbiq olunan yanaşma və təcrübələr barədə bir sıra nümunələr gətirib.

Nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABS) Avropa bölməsinin Biznesin inkişafı üzrə vitse-prezidenti Ezekial Davis çıxışında bildirib ki, gəmiçilik sənayesində dekarbonizasiya tədbirləri daha dərin, təməl dəyişikliyi əhatə edir: “Mənim üçün gəmiçiliyin karbonsuzlaşdırılmasının əsl həlli üç vacib elementdən - məlumatlılıq, əməkdaşlıq və insan faktorundan asılıdır. Çətinliklərimiz ciddi olsa da, bu fundamental elementlər bizə düzgün istiqamət verir. Biz məqsədə nail olmaq üçün ASCO kimi tərəfdaşlarla birlikdə işləyir, sənayemizin dəyişməsinə töhfə veririk.”

QTAGG-ın Baş kommersiya direktoru Per Österberq “Yeni dekarbonizasiya texnologiyaları: EcoPilot” mövzusunda çıxış edib. Per Österberq ASCO-nun öz gəmilərində “EcoPilot” sistemini quraşdırmasından da danışaraq, bunu innovativ və yaşıl texnologiyalara keçid istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirib.

Qeyd edək ki, “EcoPilot” gəminin yanacaq sərfiyyatının azaldılmasında və karbon emissiyalarını minimuma endirilməsində vacib texnoloji avadanlıqlardandır. Bu sistem gəminin hərəkət trayektoriyasını, sürətini və mühərrikin işini optimallaşdırmaqla, ekoloji cəhətdən səmərəli naviqasiyanı təmin edir.

Tədbirdə ASCO-nun COP29 çərçivəsində hazırladığı video nümayiş etdirilib. Videoda dəniz nəqliyyatında emissiyaların azaldılmasına nail olmaq məqsədilə qurumun atdığı addımlar, eyni zamanda gələcək planları əks olunub.

Sonda ASCO-nun 165 illik tarixindən bəhs edən “Zamanla eyni dalğada” kitab-fotoalbomu da təqdim edilib. Azərbaycan və ingilis dillərində nəşr olunan kitab qonaqlara hədiyyə olunub.

Paylaş:
83

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:57Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanırBu gün, 10:53Azərbaycanın dəniz xüsusi təyinatlıları “SAT-SAS-2024” təlimində iştirak edirBu gün, 10:35ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdiBu gün, 10:23Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08BMT Baş katibi Antonio Quterreş Azərbaycana səfərə gəlibBu gün, 09:46Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:44Bu gün COP29-da su ehtiyatlarının idarə olunması məsələlərinə həsr edilmiş Bakı Bəyannaməsi qəbul ediləcəkBu gün, 09:42Noyabrın 21-ə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:29Bakıda 59 yaşlı qadını maşın vurubBu gün, 09:11Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:58Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib20 / 11 / 2024, 17:42Audiovizual Şura “Vətəndaş A” serialına görə “İTV”-yə xəbərdarlıq etdi20 / 11 / 2024, 17:37
Bütün xəbərlər