COP29 çərçivəsində ali audit orqanlarının iqlim fəaliyyətindəki roluna dair tədbir keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

COP29 çərçivəsində ali audit orqanlarının iqlim fəaliyyətindəki roluna dair tədbir keçirilib - FOTO

Qafar Ağayev13:45 - 14 / 11 / 2024
COP29 çərçivəsində ali audit orqanlarının iqlim fəaliyyətindəki roluna dair tədbir keçirilib - FOTO

Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın təşkilatçılığı ilə “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbir keçirilib.

1news.az xəbər verir ki, tədbirdə Braziliya, Finlandiya, Kanada və s. ölkələrin Ali Audit Orqanlarının (AAO) və Avropa Auditorlar Məhkəməsinin nümayəndələri ilə yanaşı, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı və s. qurumların təmsilçiləri, habelə dövlət orqanlarının rəhbər şəxsləri iştirak ediblər.

İlk olaraq tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov salamlama nitqi ilə çıxış edib. O qeyd edib ki, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşma üçün fəaliyyətlərin icrası əhəmiyyətli maliyyə, o cümlədən dövlət vəsaitlərin ayrılmasını tələb edir. Bu isə həmin vəsaitlərin məqsədyönlü istifadəsinin, həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində AAO-ların iştirakını vacib edir. Sədr iqlim fəaliyyəti sahəsində aparılan auditlər zamanı ortaya çıxan çağırışlara toxunub.

Eyni zamanda, sədr çıxışında İqlim skaneri barədə qısa məlumat verərək bu təşəbbüsün həm milli, həm də beynəlxalq müstəvidə müsbət nəticələr verəcəyinə inandığını bildirib və bunun üçün beynəlxalq AAO cəmiyyətinin birgə daha təsirli fəaliyyətlərinin zəruri olduğunu qeyd edib.

Tədbir Avropa Auditorlar Məhkəməsinin üzvü Kalus-Heyner Lehnenin nitqi ilə davam edib.

Sonra Braziliya Federal Hesablama Məhkəməsinin nümayəndəsi Hüqo Çudison İqlim Skaneri alətinin ilkin qlobal nəticələrini açıqlayıb. O bildirib ki, milli hökumətlərin iqlim ilə bağlı gördüyü tədbirləri qiymətləndirmək üçün 240 yoxlayıcıya bu sahədə təlimlər keçirilib. Qeyd olunub ki, indiyə qədər öz hökumətlərinin kənar auditoru qismində fəaliyyət göstərən 141 AAO İqlim Skaneri təşəbbüsünə cəlb edilib və 61-i qiymətləndirməni hazırkı tarixə yekunlaşdırıb.

Daha sonra Mozambik AAO-nun nümayəndəsi tərəfindən İqlim Skaneri qiymətləndirilməsinin real təcrübəsi (Mozambik AAO-nun fəaliyyəti timsalında) təqdim edilib.

Tədbir Kanada, Hindistan, Maldiv AAO-nun və Avropa Auditorlar Məhkəməsinin nümayəndələrinin iştirakı ilə keçirilən panel müzakirələr ilə davam edib. Panel müzakirələrdə AAO-ların təcrübələri və qiymətləndirmə alətindən öyrəndikləri dərslər, eləcə də milli səviyyədə effektiv iqlim idarəçiliyinin və hesabatlılığın təkmilləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrinin sonunda sual-cavab sessiyası keçirilib.

Tədbir INTOSAI-ın İnkişaf Təşəbbüsü, BMT İnkişaf Proqramının təmsilçilərinin yekun qeydləri və INTOSAI-a sədrlik edən Braziliya Federal Hesablama Məhkəməsinin vitse-prezidenti cənab Vital do Reqonun qapanış nitqi ilə tamamlanıb.

Foto: Nadir İbrahimli

Paylaş:
184

Son xəbərlər

Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:57Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanırBu gün, 10:53Azərbaycanın dəniz xüsusi təyinatlıları “SAT-SAS-2024” təlimində iştirak edirBu gün, 10:35ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdiBu gün, 10:23Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08BMT Baş katibi Antonio Quterreş Azərbaycana səfərə gəlibBu gün, 09:46
Bütün xəbərlər