Bakıda “COP-dan COP-a aqrar-qida irsləri” mövzusunda panel müzakirələr keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda “COP-dan COP-a aqrar-qida irsləri” mövzusunda panel müzakirələr keçirilib

Qafar Ağayev12:24 - 19 / 11 / 2024
Bakıda “COP-dan COP-a aqrar-qida irsləri” mövzusunda panel müzakirələr keçirilib

COP29 çərçivəsində “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə də iqlim dəyişikliyi və iqliməuyğun kənd təsərrüfatının mövzusu xüsusi müzakirəsi davam etdirilir. Beynəlxalq iqlim konfransının səkkizinci günündə “COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələr keçirilib.

1news.az xəbər verir ki, “Mavi zona”da keçirilən tədbirdə qlobal iqlim öhdəlikləri müzakirə olunub.

“Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirilən panel müzakirənin moderatorluğunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin Direktoru Kaveh Zahedi edib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov beynəlxalq iqlim konfranslarında əldə edilən nailiyyətlərin daha da inkişaf etdirilməsinin mühüm olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü bütün dünyada dayanıqlı aqro-ərzaq sistemlərinin yaradılması üçün səyləri uyğunlaşdırmaq məqsədi daşıyır. Harmoniya təşəbbüsünün COP28 BƏƏ Bəyannaməsində göstərilən məqsədlərə tam uyğun olduğunu deyən nazir bu təşəbbüsün iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı əməkdaşlığın gücləndirilməsi və əldə edilən nailiyyətlərin inkişaf etdirilməsində mühüm rol oynayacağını vurğulayıb. Bu təşəbbüs daimi birgə fəaliyyətin təməlini qoymaqla daha güclü, iqlimə davamlı qida sistemlərinin mirasının yaradılması prosesinə əhəmiyyətli dəstək verəcək, kənd təsərrüfatının gələcəyini formalaşdıracaq.

Böyük Britaniyanın Ətraf mühit naziri Mari Kriğ, Birləşmiş Ərəb Əmirliklərinin İqlim dəyişikliyi və ətraf mühit naziri Amna Al Dahak, eləcə də “COP-dan COP-a fəaliyyətin sürətləndirilməsi” panel sessiyasında çıxış edən rəsmilər COP konfranslarının iqlim dəyişikliyi ilə mübarizə və onun təsirlərinə uyğunlaşma üçün mühüm sektor kimi aqro-ərzaq sistemlərinə getdikcə daha çox diqqət yetirdiyini, qlobal iqlim öhdəliklərini yerinə yetirməyin vacib olduğunu diqqətə çatdırıblar.

Bildirilib ki, bu tədbir sinerjiləri müəyyən etməyə, öyrənilən dərsləri bölüşməyə və UNFCCC çərçivəsində qlobal iqlim öhdəliklərinə nail olmaq üçün milli və regional səviyyələrdə sürətləndirilmiş fəaliyyəti təşviq etməyə ximət edəcək. Eyni zamanda, tədbir sektorlar arasında daha güclü əməkdaşlığı inkişaf etdirmək, resursları sadələşdirmək və uzunmüddətli hədəflərə davamlı diqqəti təşviq etmək üçün bir fürsət kimi dəyərləndirilir.

Panel müzakirələr sual-cavab formatında davam etdirilib.

Paylaş:
124

Son xəbərlər

Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:57Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanırBu gün, 10:53Azərbaycanın dəniz xüsusi təyinatlıları “SAT-SAS-2024” təlimində iştirak edirBu gün, 10:35ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdiBu gün, 10:23Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08BMT Baş katibi Antonio Quterreş Azərbaycana səfərə gəlibBu gün, 09:46Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:44Bu gün COP29-da su ehtiyatlarının idarə olunması məsələlərinə həsr edilmiş Bakı Bəyannaməsi qəbul ediləcəkBu gün, 09:42Noyabrın 21-ə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:29Bakıda 59 yaşlı qadını maşın vurubBu gün, 09:11Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:58Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib20 / 11 / 2024, 17:42
Bütün xəbərlər