COP29-da “Slow Food” mövzusunda panel müzakirəsi keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

COP29-da “Slow Food” mövzusunda panel müzakirəsi keçirilib

Qafar Ağayev16:59 - 19 / 11 / 2024
COP29-da “Slow Food” mövzusunda panel müzakirəsi keçirilib

Noyabrın 19-da COP29 çərçivəsində "Slow-Food: Yerli Aqroməhsullarla Dayanıqlı Turizmin İnkişafı" adlı panel müzakirəsi keçirilib.

1news.az xəbər verir ki, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmidin moderatorluğu ilə keçirilən panel müzakirəsində kənd təsərrüfatı və turizmin dayanıqlı inkişafa dəstək verən əməkdaşlığı haqqında fikir mübadiləsi aparılıb.

Sessiyada yerli aqrar məhsulların və ənənəvi təsərrüfat üsullarının ətraf mühitə az təsir göstərməklə dayanıqlı turizm təcrübələrinin formalaşmasında rolu haqqında müzakirələr aparılıb.

Tədbirdə Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin Qastronomiya şöbəsinin müdiri Səkinə Əsgərova Azərbaycanın "Slow Food" təcrübəsi ilə bağlı təqdimatla çıxış edib.

Müzakirə iştirakçıları qlobal, akademik və korporativ yanaşma ilə "Slow Food" hərəkatı və prinsiplərinin dünya turizminə inteqrasiyası, dayanıqlı aqro və qastroturizm modellərinin qurulması, yerli aqroməhsulların turizmə töhfəsi, biomüxtəliflik və onun turizmə inteqrasiyası, dayanıqlı turizmdə dövlət-özəl tərəfdaşlığı və akademik tədqiqatların rolu kimi mövzularda öz təcrübə və təkliflərini bölüşüblər.

Qeyd edək ki, COP29 çərçivəsində Mavi zonada yerləşən Azərbaycan pavilyonunda hər gün saat 14:00-15:00-da "Slow Food" haqqında təqdimat keçirilir və qonaqlara Azərbaycanın biomüxtəliflik nümunələri əsasında hazırlanmış qastroturizm məhsulları təqdim olunur.

"Slow food" dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.

Paylaş:
88

Son xəbərlər

Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Xaçmazda yol qəzası olub, ölən və yaralananlar varBu gün, 15:22Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:57Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanırBu gün, 10:53Azərbaycanın dəniz xüsusi təyinatlıları “SAT-SAS-2024” təlimində iştirak edirBu gün, 10:35ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdiBu gün, 10:23
Bütün xəbərlər