Kamran Əliyev İƏT baş katibi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Kamran Əliyev İƏT baş katibi ilə görüşüb

10:55 - 14 / 11 / 2024
Kamran Əliyev İƏT baş katibi ilə görüşüb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Noyabrın 14-də Baş prokuror Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi – Əsəd Məcid Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Baş prokuror Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu bildirib.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyası barədə danışan tərəflər mütəşəkkil cinayətkarlığın, o cümlədən qanunsuz fəaliyyətlərin iqlim dəyişikliyinə səbəb olması və ətraf mühitə dağıdıcı təsirləri barədə danışıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəmizdə keçirilən ən böyük iqlim konfrans COP29-un Azərbaycanın sədrliyi ilə uğurla davam etdiyini vurğulayıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının iqlim fəaliyyəti və davamlı inkişafa böyük önəm verdiyini qeyd edən Əsəd Məcid Xan Azərbaycanın regional və qlobal miqyasda iqlim problemlərinin həllində mühüm rola malik olduğunu bildirərək birgə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Paylaş:
160

Son xəbərlər

İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:57Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanırBu gün, 10:53Azərbaycanın dəniz xüsusi təyinatlıları “SAT-SAS-2024” təlimində iştirak edirBu gün, 10:35ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdiBu gün, 10:23Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08BMT Baş katibi Antonio Quterreş Azərbaycana səfərə gəlibBu gün, 09:46Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:44Bu gün COP29-da su ehtiyatlarının idarə olunması məsələlərinə həsr edilmiş Bakı Bəyannaməsi qəbul ediləcəkBu gün, 09:42
Bütün xəbərlər