Kamaləddin Qafarov: “Azərbaycan Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycan Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib”

15:01 - 13 / 11 / 2024
Kamaləddin Qafarov: “Azərbaycan Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib”

“Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirildi.

Keçən ilin sonlarında 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək hüququ verildikdən dərhal sonra Qərbin müəyyən ölkələrində olan anti-Azərbaycan qüvvələri də hərəkətə keçdilər. Bu qüvvələrin yeganə məqsədi ölkəmizə göstərilən yüksək etimadın səhv qərar olduğuna dair beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaq və COP29-u boykot etmək oldu”.

Bu sözləri Bakıda öz işinə başlamış COP29-la bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili sözünə davam edərək bildirib ki, bu məqsədlə digər ölkələrə dərs keçməyi və siyasi riyakarlığı özlərinin əsas fəaliyyət prinsipləri kimi müəyyən etmiş müəyyən Qərb ölkələrindəki bəzi siyasətçilər dövlət nəzarətində olan QHT-ləri və dezinformasiyalar üzərində ixtisaslaşmış medianı səfərbər etdilər.” Azərbaycanın demonizasiyası bu qüvvələrin əsas amalına çevrildi. Lakin bütün bu səylər heç bir nəticə vermədi. COP29 artıq öz işinə başlayıb və biz indidən əminliklə deyə bilərik ki, bu sessiya bütün bəşəriyyət üçün çox önəmli nəticələrə gətirib çıxaracaq. COP29-un Liderlər Sammitinin açılış mərasimdə söylədiyi nitqində cənab Prezident İlham Əliyev bütün bu məqamlara detallı şəkildə toxundu. Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, COP29-a ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi bizim ölkəyə beynəlxalq aləmdə göstərilən böyük hörmətin əlamətidir və ölkəmizin fəal rolunun yüksək qiymətləndirilməsi deməkdir. Cənab Prezident son bir ildə boykotu təşviq edən qüvvələrə də öz mesajını göndərdi. Onların diqqətinə çatdırıldı ki, Bakıda keçirilən COP29-a qarşı boykot kampaniyası tam iflasa uğradı. Bu gün Azərbaycanda COP29-un 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçısı vardır ki, onlardan da 80 nəfəri Prezidentlər, Vitse-prezidentlər və Baş nazirlərdir. Bu, anti-Azərbaycan qüvvələrin növbəti planlarının tam fiaskosu deməkdir”.

K.Qafarov qeyd edib ki, Azərbaycanın coğrafi yerləşməsi ona bir sıra mühüm üstünlüklər verir və ölkəmiz bu üstünlüklərdən təkcə özünün deyil, həm də qlobal miqyasda digər dövlətlərin və xalqların mənafeylərinə uyğun yararlanmağı ehtiva edir: “Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Şimalla Cənubun, Qərblə Şərqin qovuşduğu bir məkandır. Bu məkanda bütün istiqamətlərdə enerji nəqli, daşımalar, mədəniyyətlərin mübadiləsi müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur. Həqiqətən də Azərbaycanın bir müddət əvvəl başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son dərəcə məhsuldar çoxtərəfli əməkdaşlıq formatı yaratmağa nail olub. Ən mühüm məqamlardan biri də budur ki, aparıcı neft-qaz ölkələrindən biri kimi tanınan Azərbaycan artıq bərpaolunan enerji sahəsində də önəmli nəticələr əldə etməkdədir. COP29 bir daha bütün dünyaya nümayiş etdirəcək ki, yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin əsas prioritetlərindən biridir”.

Paylaş:
223

Son xəbərlər

İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:57Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanırBu gün, 10:53Azərbaycanın dəniz xüsusi təyinatlıları “SAT-SAS-2024” təlimində iştirak edirBu gün, 10:35ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdiBu gün, 10:23Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08BMT Baş katibi Antonio Quterreş Azərbaycana səfərə gəlibBu gün, 09:46Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:44Bu gün COP29-da su ehtiyatlarının idarə olunması məsələlərinə həsr edilmiş Bakı Bəyannaməsi qəbul ediləcəkBu gün, 09:42
Bütün xəbərlər