Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün Gürcüstanda parlament seçkiləri başlayıb.
1news.az xəbər verir ki, Saat 08:00-da ölkə ərazisindəki bütün seçki məntəqələri səsvermə üçün açılıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin verdiyi məlumata görə, seçkilər üçün ölkə daxilində 3044 olmaqla ümumilikdə 3111 seçki məntəqəsi fəaliyyət göstərir. Qalan 67 məntəqə isə xaricdə açılıb.
Bu seçkilərdə səsvermə hüququna malik 3 milyon 508 min 294 seçici iştirak edə bilər. Onların 3 milyon 113 min 747 nəfəri elektron texnologiyalardan istifadə edərək səs verəcək. İlk dəfə səs verənlərin sayı 135 min 922 nəfərdir və xaricdə səsvermədə iştirak edən seçicilərin sayı isə 95 min 910 nəfəri təşkil edir.
Səsvermə prosesi axşam saat 20:00-da başa çatacaq.