İran İsrailə 180 ballistik raketlə hücum etdi - Netanyahudan qisas mesajı | 1news.az | Xəbərlər
Dünya

İran İsrailə 180 ballistik raketlə hücum etdi - Netanyahudan qisas mesajı

Qafar Ağayev09:29 - 02 / 10 / 2024
İran İsrailə 180 ballistik raketlə hücum etdi - Netanyahudan qisas mesajı

İranın ötən gecə İsrailə raket hücumu səbəbindən təxminən 10 milyon insan sığınacaqlara yerləşdirilib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücumun vurduğu zərər hələlik məlum deyil.

İsrailin Baş naziri Binyamin Netanyahu hücumdan sonra verdiyi açıqlamada Tehranın böyük səhv etdiyini və bunun bədəlini ödəyəcəyini bildirdi.

Eyni zamanda, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri bu səhər açıqlamasında bildirib ki, İsrail İrana hücum edərsə, onların cavabı daha sərt olacaq və bütün infrastrukturlarının hədəf alınacaq.

ABŞ-nin New York Times qəzeti İranın İsrailə təxminən 180 ballistik raket atdığını və ən inkişaf etmiş silahlarını istifadə etdiyini yazarkən, CNN-ə danışan hərbi ekspertlər İranın Şahab-3 seriyalı ballistik raketinin müxtəlif növlərindən istifadə etdiyini irəli sürüb.

Paylaş:
1092

Son xəbərlər

Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:57Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanırBu gün, 10:53Azərbaycanın dəniz xüsusi təyinatlıları “SAT-SAS-2024” təlimində iştirak edirBu gün, 10:35ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdiBu gün, 10:23Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08BMT Baş katibi Antonio Quterreş Azərbaycana səfərə gəlibBu gün, 09:46Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:44
Bütün xəbərlər