Hizbullaha aid peycərlərin partladılmasının arxasında Mossadın var? - İDDİA | 1news.az | Xəbərlər
Dünya

Hizbullaha aid peycərlərin partladılmasının arxasında Mossadın var? - İDDİA

Qafar Ağayev10:11 - 18 / 09 / 2024
Hizbullaha aid peycərlərin partladılmasının arxasında Mossadın var? - İDDİA

Hizbullahın istifadə etdiyi peycerlərin Mossad tərəfindən əvvəlcədən əldə olunaraq, onların batareyalarına partlayıcı yerləşdiməsi iddia olunub.

1news.az xəbər verir ki, bu iddia Sky News Arabia-nın xəbərlərində adı açıqlanmayan mənbəyə əsasən verilib.

Xəbərdə həmçinin MOSSAD-ın partlayıcı yerləşdirdikləri batareyaların istiliyini uzaqdan artıraraq cihazları işə saldığı iddia edilib.

Qətər mərkəzli Əl-Cəzirə televiziyasının Livan təhlükəsizlik orqanlarında olan mənbəsinə istinadən verdiyi məlumata görə, qurğulara yerləşdirilən partlayıcıların çəkisi 20 qramdan azdır və işə salınan qurğular 5 ay əvvəl alınıb..

Məsələ ilə bağlı İsraildən hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, ötən gün Livanda Hizbullahın istifadə etdiyi peycerlərdə eyni vaxtda partlayışlar baş verib.

Açıqlanan məlumatlara görə hadisə nəticəsində 11 nəfər ölüb, 4000 nəfərə yaxın yaralı var. 400-dən çox yaralının isə vəziyyətinin ağır olduğu qeyd olunub.

Paylaş:
1309

Son xəbərlər

Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:57Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanırBu gün, 10:53Azərbaycanın dəniz xüsusi təyinatlıları “SAT-SAS-2024” təlimində iştirak edirBu gün, 10:35ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdiBu gün, 10:23Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08BMT Baş katibi Antonio Quterreş Azərbaycana səfərə gəlibBu gün, 09:46
Bütün xəbərlər