Putin ordudakı əsgər sayının artırılması üçün əmr verdi
Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusunun mövcud sayısının 2,38 milyon nəfərə çatdırılmasını və bunun 1,5 milyonunun aktiv hərbi qulluqçu olmasını əmr edib.
1news.az İha.com.tr-yə istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Putin bu son əmri ilə 2022-ci ilin fevralında Ukraynaya hərbçi göndərməsindən bu yana üçüncü dəfə ordunun sayını artırmış oldu.
Putin 2022-ci ildən bəri döyüş birliklərinin sayısının müvafiq olaraq 137 min və 170 min olması üçün əmr vermiş, sentyabr və oktyabr 2022-də isə qismən səfərbərlik zamanı 300 min ehtiyat hərbi qulluqçunun çağırılacağını açıqlamışdı.
1270