Azərbaycanın daha bir idmançısı V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb
Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, qazaq güləşi yarışında Eyvaz Baxşıyev (60 kiloqram) həlledici qarşılaşmada qazaxıstanlı Meirzhan Bereketov ilə üz-üzə gəlib.
Rəqibinə uduzan təmsilçimiz gümüş medal qazanıb.
Daha əvvəl Elşən Dünyamalıyev (55 kiloqram) və Ülviyyə Bayramova (52 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək yarışlarda Azərbaycan 8 növ üzrə 54 idmançı ilə təmsil olunur.
934