Regionlarla paytaxt arasında qeyri-bərabər inkişaf - Problemin həlli üçün hansı işlər görülməlidir? - Ekspertlərdən ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

Regionlarla paytaxt arasında qeyri-bərabər inkişaf - Problemin həlli üçün hansı işlər görülməlidir? - Ekspertlərdən ŞƏRH

Ayşən İsmayılova14:00 - 02 / 08 / 2024
Regionlarla paytaxt arasında qeyri-bərabər inkişaf - Problemin həlli üçün hansı işlər görülməlidir? - Ekspertlərdən ŞƏRH

“Mənim tay-tuşlarım tamam mərifət sahibi olub, qulluq edib, hörmət, izzət tapıb, xoşbəxt olublar.

Mən qalmışam elə bu qamışlıqda adsız, sansız”.

“Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah” komediyasındakı Şahbaz bəyin dilindən çıxan bu sözlər dövrümüzün də gənclərinin ürəyindən xəbər verir desək, yəqin ki, yanılmarıq. Əsərin yazılmasından ötüb keçən illər ərzində təhsilə baxış xeyli dəyişib və bu olduqca sevindirici bir haldır. İllərin dəyişdirdiyi ən böyük nüanslardan biri isə Şahbaz bəyin xələflərinin xəyallarıdır. Çünki artıq gənclərin üz tutduğu ünvan Paris yox, Bakı şəhəridir. Bu xəyalların gerçəkləşdiyini isə metro və digər ictimai nəqliyyat vasitələrində gözümüz, qolumuz, burnumuz, xülasə bütün varlığımızla hiss edirik.

Bəs insanları Müsyö Jordan kimi Bakıya səsləyən səbəblər nələrdir? Rayon və kəndlərin paytaxta axınının qarşısını almaq üçün nələr edilməlidir?

Məsələ ilə bağlı 1news.az-a açıqlama verən Sosioloq Lalə Mehralı regionlarla paytaxt arasında sosial-iqdisadi bərabərsizlik yaradan səbəblərdən təfsilatlı şəkildə bəhs edib:

“Demək olar ki, bütün iş yerləri paytaxtda cəmləşib. Regionlarda yaşayan gənclər müəyyən problemlər yaşayırlar. Əkin sahəsi olanlar bu yolla ailəsini dolandıra bilir, amma rayon mərkəzlərində yaşayan və ya pay torpağı olmayan insanlar mütləq işlə təmin edilməlidir. İş yerləri məhdud olduğu üçün regionlarda işsizlik də müşahidə olunur. Buna görə də Bakıya ciddi axın var. Paytaxt öz tutumundan daha artıq yüklənib. Bununla bağlı olaraq da, ictimai nəqliyyatdakı problemlər günü-gündən böyüyür”.

Sosioloq qeyd edib ki, bölgələri ciddi formada inkişaf etdirmək lazımdır.

“İnsanların öz məhsulunu sata bilməməyi də böyük sosial problemlərdəndir. Ya məhsul əllərində qalır, ya da qəpik-quruşa alverçilərə verməli olurlar. Çünki Bakıdakı məhdudsaylı yarmarkalara gətirmək imkanları məhduddur. Onların öz məhsullarını verə biləcəyi bir zavod olsaydı, onlar da yaxşı qiymətə aparıb onlara təhvil verərdi.

Bölgələrdə yerli icra orqanları bu barədə ciddi şəkildə fikirləşməlidir. İş yerlərinin sayı artırılmalı, insanlara gəlir əldə etmək, öz güzəranlarını normallaşdırmaq üçün şərait yaratmalıdırlar ki, regionlardan Bakıya axın olmasın. Bölgələrdə qadınlar, uşaqlar və qocalar qalır. Çünki gənclər və kişilər qazanc dalınca ya ölkəni tərk etməyə məcbur olurlar, ya da paytaxta axışırlar”.

L.Mehralı gənclərin sosiallaşması üçün dövlətin atdığı addımlardan da danışıb:

“Dövlət bölgələrdə gənclərin sağlamlığına hesablanmış çox addım atıb. Məsələn, Gənclər evi tikilib. Amma siz qəfil xəbərsiz həmin Gənclər evinə gedib görün hansını açıq tapacaqsınız? Hərəsinin qapısından bir böyük qıfıl asıblar. O Gənclər evinin, idman komplekslərinin qapısını gənclərin üzünə bağlayıblar. Orada çox gözəl trenajor zalları, kompyuter zalları, kitabxanalar, oyun otaqları var. Amma siz gedib bölgə gəncləri ilə kiçik bir sorğu edin. Heç kəndlərə ehtiyac yoxdur, mərkəz yerlərdə yaşayan insanları demirəm. Görün, o gənclər evinin faydasını hansı gənc görür? Hansı gənc ora istədiyi vaxt girə bilir? Həmin bölgələrin yerli icra qurumları oranı gənclərin üzünə bağlayır".

L.Mehralı deyib ki, rayonlardakı gənclər oğlanların ömrü çayxanalarda keçir.

"Nə evlənməyə fürsət tapırlar, nə evlənmək üçün büdcə toplayırlar, nə iş tapırlar. Tutaq ki, kişilərin sosiallaşmaq üçün getdiyi bir çay evi var. Bəs qadınlar neyləsinlər? Axı onların çayxanası yoxdur. Uzaqbaşı bir hər hansı bir kafeyə, fastfud məkanına gedə bilirlər. O məkanlara getmək üçün maddi imkan lazımdır. Əgər o Gənclər evi, idman kompleksləri gənclərin üzünə açılsa, oğlanlar da, qızlar da dövlətin yaratdığı o şəraitdən istifadə edərlər. Orada faydalı əməklə məşğul olar, özlərinə kapital qoyar, hər hansı bir sənət öyrənərlər”.

İqtisadçı-ekspert Ruslan Atakişiyev isə görülən işlərdən danışıb və onların önəmini vurğulayıb.

“Regionların sosial-iqdisadi inkişafına bağlı olaraq dövlət tərəfindən 2003-cü ildən bəri bir neçə dövlət proqramı qəbul olunub və onlar icra edilməkdədir. Həmin proqramlar çərçivəsində regionlarla paytaxt arasında qeyri-bərabər inkişafın aradan qaldırılması və onların bərabər şəkildə inkişafı hədəf məqsədlərdən biridir. Bununla yanaşı müxtəlif sənaye məhəllələrinin, texnoparkları yaradılmışdır. Biz buna misal kimi Hacıqabulda yardılmış Sənaye məhəlləsini, Mingəçevirdəki Yüksək Texnologiya Parkını göstərmək olar. Həmçinin regionlarda təhsilin, səhiyyənin inkişafı ilə bağlı infrastruktur layihələr icra olunur. Bunların da məqsədi odur ki, əhali orada yaşayışnı davam etdirsin və başqa ölkələrə və ya paytaxta getməsin. Buna baxmayaraq, hələ də bir sıra problemlər var. Regionlarda sahibkarlıqda maliyyə çatışmazlığı, yeni texnologiyaların çıxışının və idarəetmənin zəifliyi, o cümlədən bir sıra hallarda sahibkarlığın fəaliyyətinə müdaxilələrin olması kimi məsələlərin aradan qaldırılması məqsədəuğun olardı”.

Müəllif: Ayşən İsmayılova

Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanıb.

Paylaş:
106

Son xəbərlər

Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıbBu gün, 12:41Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11
Bütün xəbərlər