Psixoloq: “Valideynlər istəyirlər ki, uşaqların başı səhərdən axşama kimi kitabdan qalxmasın, amma...” - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Psixoloq: “Valideynlər istəyirlər ki, uşaqların başı səhərdən axşama kimi kitabdan qalxmasın, amma...” - XƏBƏRDARLIQ

Ayşən İsmayılova11:29 - 16 / 07 / 2024
Psixoloq: “Valideynlər istəyirlər ki, uşaqların başı səhərdən axşama kimi kitabdan qalxmasın, amma...” - XƏBƏRDARLIQ

Azərbaycanda yaşayan bir yeniyetmənin ən çətin sınaqlarından biri, sözsüz ki, qəbul imtahanlarıdır.

Bu imtahanı onlar üçün çətinləşdirən yaşadıqları dalğalı əhval durumlarından çox, valideynlərinin ağır sözləri, psixoloji təzyiqləri və altında əzildikləri minnət duyğusudur.

Günlərini müəllimlərinin evini qapı-qapı gəzərək bilik toplamaqla keçirən gənclərin ən böyük kabusu əslində imtahan yox, “camaatın uşağı” ilə müqayisə olunmaq və zəif nəticə göstərərək ailəsini “onun-bunun yanında” “başıaşağı” etməkdir.

İmtahanda zəif nəticə göstərmək, həqiqətən də, başıaşağılıqdırmı? Övladının intihar həddinə çatmağı valideyni “onun-bunun” yanında daha boynubükük edir yoxsa aşağı bal toplamağı?

Məsələ ilə bağlı 1news.az-a danışan Psixoloq Aytəkin Məmmədova abituriyent-valideyn münasibətlərinin cəmiyyətimizin ən yaralı mövzusu olduğunu vurğulayıb.

“Uşaqlar və valideynlər arasındakı bu problem nə üçün yaşanır? Çünki valideynlər istəyirlər ki, övladları oxusun, ali təhsilli olsun. Sadəcə valideynlərin uşaqlardan tələbi onların bütün həyatının yalnız dərs olmasıdır. Yəni yeniyetməlik dönəminin digər xüsusiyyətləri nəzərə alınmır. Bu xüsusiyyətlər nələrdir? Üsyankarlıq, öz maraqlarının olması, hansı sahəyə yönəlmək istədiklərini kəşf etməsi, yeni məşğuliyyətlər qazanmaq kimi xüsusiyyətləri deyə bilərik. Yəni onların həyatı təkcə məktəb ya da dərs deyil. Valideyn və övlad gəlib burada fikir ayrılığı yaşayır ki, mən bu qədər ödəniş edirəm, bu qədər pul gedir, sən isə oxumursan. Əslində “oxumursan” dedikləri şey uşağın hazırlıqdan gəlib yarım saat telefonla oynamağıdır. Ata-analar bunu oxumamaqla dəyərləndirir. Onlar istəyirlər ki, uşaq bütün gün telefona baxmasın, səhərdən axşama kimi başı kitabdan qalxmasın. Amma uşaqlar yorulurlar. İndiki uşaqlarda ciddi diqqət problemi var. Buna görə də istirahət edərək oxumaqları çox vacibdir. Uşaqların dərs oxumaq istəməməyinin ikinci səbəbi isə valideynlərin bunu çox vurğulamağıdır. Bir şey bizə çox deyiləndə o bizi yormurmu, aqressivləşdirmirmi? Əksər uşaqlardan nə üçün oxuduqlarını soruşsanız, məqsəddən çox, ata-anası üçün oxuduğunu deyərlər. Uşaqlar imtahana girəndə ilk neçə bal toplayacağını və biabır olub-olmayacağını fikirləşirlər”.

Bəs valideyn və uşaq arasında rəftar necə olmalıdır? Bununla bağlı təfsilatlı danışan psixoloq valideynləri təmkinli olmağa səsləyib:

“Bu ümumiyyətlə bütün yeniyetməlik periodunu təşkil edir. Valideynlər həddindən çox deyinməməli və aqressiv reaksiya verməməlidir. “Get, görək nə qədər bal yığacaqsan?” deyib uşaqları sınamaq olmamalıdır. Bunlar uşağın özgüvəninə birbaşa təsir edir və valideyninin inamını doğrultmayacağını düşünür. Misal üçün, uşaq 30, 40 ya da 50% yazıb. Demək lazımdır ki, 30, 40 ya da 50-ə qədər gəlmisənsə, deməli, nəsə bacarırsan. Yəni dəstəkləyici valideyn olsalar, uşaqları ilə arzu etdiklərini daha tez əldə edərlər. Uşaqları danlamamaq və təhqir etməmək, əsasən dəstəkləyici olmaq çox vacibdir".

"Əgər hər hansı bir ciddi davranış problemi yaşayarlarsa, bu zaman cəza sistemindən istifadə oluna bilər" - deyə psixoloq əlavə edib:

"Amma bu zaman aqressiv olmamaq, şəxsiyyəti təhqir etməmək, günahlandırmamaq, minnət psixologiyası yükləmədən çox vacibdir. “Onu etmədiyi üçün bu səndə sərhədlənə bilər” kimi düşüncələrlə uşaqları ələ almaq mümkündür. Yeniyetməlikdəki fikir ayrılıqlarının çox yüksək olması uşaqlıqda valideynlərlə düzgün emosionlar bağ qurulmaması ilə bağlıdır. Məktəb həyatı da buna təkan verir. Cəza bizim istifadə etdiyimiz ən ən ən axırıncı yoldur. Valideynlərin səbirli, uzlaşan, problemin həlli yönünə gedən olması bizim üçün çox vacibdir. Bizə çox vaxt deyirlər ki, bir dəfə etdim, olmadı. Həmişə izah edirəm ki, istər uşaq, istər böyük fərq etmir, bir davranışın dəyişimi davamlı olmalıdır. Sizin birinci, ikinci və üçüncüdə anlayışlı oldunuz, dördüncüdə aqressiv reaksiya verdinizsə, əvvəlki 3 davranış yox olur. Bizə lazımdır ki, uşaq davamlı olaraq valideyninin eyni davranışını görə bilsin. Yəni dəqiq olmalıdırlar. Dəqiq və davamlı olan davranışlar hər zaman uşaqlarla emosionlar bağın qurulmasına çox yaxşı təsir edir.

İkincisi, heç bir biabır olma yoxdur. Bu onun şəxsiyyəti ilə əlaqəli deyil. Ola bilsin ki, az oxuyur və ya diqqət problemi var. Valideyn vurğulamalıdır ki, bu, sənin məndəki dəyərini dəyişməyəcək. Mənim sevgim sənin balınla ölçülmür. Qəbul olsan, bu mənim üçün qürurvericidir, amma sən onsuz da həmişə mənim üçün eləsən. Qəbul olmağın isə sadəcə bir xatırlatma olacaq. Yəni valideyn nə olur-olsun uşağını sevəcəyini hər zaman vurğulamalıdır”.

Paylaş:
252

Son xəbərlər

Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34
Bütün xəbərlər