“Ölkəmizdə uşaqların, yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı ilə bağlı çox geniş şərait var” - ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ölkəmizdə uşaqların, yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı ilə bağlı çox geniş şərait var” - ŞƏRH

Ayşən İsmayılova15:01 - 04 / 07 / 2024
“Ölkəmizdə uşaqların, yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı ilə bağlı çox geniş şərait var” - ŞƏRH

“Uşaqları adam yerinə qoymayan ailədə çətin adam yetişsin”.

Məşhur türk psixoloq Doğan Cüceloğlunun bu fikri təfəkkürlü hər bir insan üçün olduqca düşündürücüdür. Cəmiyyətimizin uşaq və gənc nümayəndələrinin daim diqqətdə olması və dəyər görərək yetişdirilməsi təkcə onların və ailələrinin yox, həm də cəmiyyətin gələcəyi üçün böyük önəm daşıyır. Bəs cəmiyyətimizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün hansı işlər görülür? Atılan addımlar hansı nəticələri doğurur?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova uşaqların və gənclərin yetişdirilməsinin təkcə onların və ailələrinin ixtiyarına buraxmağın düzgün olmadığını söyləyib:

“Bəzi ailələr var ki, onların özlərinin də mənəvi və təhsil yönündə inkişafa ehtiyacı var. Problem ondadır ki, belə ailələrdə uşaqların təməl prinsipləri, təməl qoyuluşu kifayət qədər yaxşı formalaşmır. Ona görə də ailələrlə işi gücləndirmək lazımdır. Ailələrin özlərinin mənəvi və intellektual səviyyələri ən azından uşaqları tərbiyələndirəcək qədər formalaşmalıdır. Bu, bəzi hallarda ona gətirib çıxarır ki, uşaqlar baxımsız qalır, diqqətdə olmurlar və normal inkişafları üçün mühit olmur. Digər tərəfdən iş prosesi gətirib ona çıxarır ki, uşaqlar nəzarətsiz qalır. Bu da, yəni uşaqların asudə vaxtlarının təşkili və onların inkişafı üçün kifayət qədər resurslar cəlb edilməsi dövlət qurumlarının işidir. Ümumiyyətlə uşaq və gənclərlə bağlı çox ciddi işlər görmək lazımdır. Uşaq nəzarətsiz qalır, boşluğa düşür, bu da hansısa mühitə girməyinə səbəb olur. Həmin mühit isə onu xoşagəlməz proseslərə cəlb edə bilər. Elə iş yerləri var ki, onların yanında bağça və məktəblərin təmin edilməsi ilə bağlı çox yaxşı mexanizm yarada bilər ki, ailə və uşaq arasındakı bağlılıq itməsin və nəzarət imkanları olsun. Ümumiyyətlə, gənclərdə ideoloji gücləndirmə aparılmalıdır. Bunun üçün vətən sevgisi, şəxsiyyətin formalaşması, liderlik keyfiyyətləri və digər müsbət davranış dəyişikliyinə yönələn tədbirlər çox olmalıdır. Buna görə də gənclərlə işi çox aparmaq lazımdır”.

M.Zeynalova görülən və görülməyi labüd olan işlərdən təfsilatlı şəkildə bəhs edib:

“Hüquq-mühafizə orqanları bununla bağlı kifayət qədər addımlar atır. Burada müəllimlərin hazırlığı, aşkarlama, müşahidə etmə və eyni zamanda problemlərin həlli vacibdir. Bəzən görürük ki, uşaqda davranış pozuntusu olanda məktəbdən uzaqlaşdırmaqla məsələni həll etməyə çalışırlar. Bu belə olmalı deyil. Məktəb, ailə və digər qurumlar (Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları) birgə işləməyi bacarmalıdır. Əgər birgə iş olmasa, cinayətkar qruplar uşaqları daha çox uşağı cəlb edəcək. Təəssüf ki, bəzi hallarda işlər pərakəndə gedir. Bu pərakəndəlik bir mexanizm şəklinə düşməlidir. Uşağın normal mühitdə olmadığı aşkarlandısa, dərhal bələdiyyələr, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, sosial xidmətlər və digər qurumlar resursları bərabər bölməlidir ki, heç bir uşaq kənarda qalmasın. Əsas da uşaq strategiyası ilə bağlı hazırda yaxşı dəyişikliklər baş verir. Qurumlar bu sahədə aktivləşib - dərhal reaksiya verirlər. İcra hakimiyyətləri bu prosesdə çox passivdir. Gənclərin inkişafı ilə bağlı xüsusi planların hazırlanması və həyata keçirilməsi zəifdir. Bəlkə də var, amma gözə görünmür. Ələlxüsus da, rayon yerlərində uşaqlar nəzarətsiz qalır. Onların inkişafı ilə bağlı planlı addımların atılmasına çox ehtiyac var. Bu addımlar birdəfəlik yox, silsilə şəklində olmalıdır. Gənclərin formalaşdırılması sözdə olmamalıdır. Ortaya yaxşı nümunələr çıxarmaq lazımdır. Gənclərin bacarıqları göstərilməlidir. “Mənim”, “sənin” olmamalıdır. Yaxşı gəncləri örnək olaraq göstərib bu rəqabəti gücləndirmək lazımdır. Elə istedadlarımız var ki, gəncdirlər, amma yaxşı bacarıqları var. İndiki uşaqlarda bu yaxşı inkişaf edib. Amma onları bir az da stimullaşdırmaq lazımdır”.

Gənclər Mərkəzi ictimai birliyinin sədri Kənan Qubadzadə isə ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı çox yüksək səviyyədə olduğunu qeyd edib:

“Çünki bilirik ki, istər Azərbaycan Respublikasının qanunvericiliyində, istərsə də praktikada uşaq hüquqlarının qorunması, gənclərin hərtərəfli inkişafı ilə bağlı çox gözəl qanunlar toplumuz var. Azərbaycan Respublikasında uşaq hüquqlarının qorunması dövlətin prioritet istiqamətlərdən biridir. Buna misal olaraq deyə bilərəm ki, Azərbaycan Respublikası “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuşdu”.

K.Qubadzadə bu sahədə atılan addımlar söhbət açaraq qurumların uşaq və gənclərə göstərdiyi diqqəti vurğulayıb:

“Ölkəmizdə uşaqların, yeniyetmə və gənclərin, fiziki və mənəvi hazırlığı ilə bağlı çox geniş şərait var. Belə ki, Azərbaycan Respublikasında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin olması Azərbaycanda uşaq, yeniyetmə və gənclərə böyük dəstəkdir.

Gənclər və İdman Nazirliyinin Bakı ilə yanaşı regionlarda fiziki və mənəvi hazırlıqla bağlı çox gözəl yerləri var. Buna misal olaraq cənab Prezidentin birbaşa tapşırığı ilə tikilən və özünün şəxsən açılışını etdiyi olimpiya komplekslərini göstərmək olar.

Son dövrlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regionlarda yaradılan mərkəzləri var. Bunlar hər biri ölkəmizdə uşaq və gənclərə göstərilən qayğını göstərir. Ancaq təəssüfləndirici haldır ki, valideynlər, övladlarının uşaq yaşlarından idmana cəlb edilməsində bir qədər məsuliyyətsizliklər edirlər. Çox yaxşı olar ki, uşaqları asudə vaxtlarını səmərəli keçirməsi üçün belə idman kompleksləri və yaradılan digər mərkəzlərdə olmasını təmin etsinlər. Çünki sağlam gənclik və sağlam ölkə üçün uşaqlarının uşaq yaşlarından belə lazımi yerlərə cəlb etmək lazımdır.

"Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondu, qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi agentliyi daim uşaq və gənclərlə bağlı maarifləndirici, sosial layihələr həyata keçirirlər" - deyə K.Qubadzadə əlavə edib:

"Hətta deyərdim ki, bu cür sosial layihələr ölkəmizdə keçirildiyi qədər heç bir yerdə keçirilmir. Azərbaycan yeganə ölkələrdən biridir ki, gənclər üçün xüsusi fond var. Bu fond həm təşkilatlanmış formada, həm də fərdi formada insanların layihələrinə dəstək olmağa çalışır. Çox yaxşı olar ki, gənclərimiz bu cür sosial layihələrdən yararlansınlar. Gələcəkdə daha böyük uğurlara imza atmağımız üçün sağlam gənclik olmalıdır. “Sağlam bədəndə sağlam ruh olar” devizi ilə həmişə gümrah olmaq üçün fiziki və mənəvi aktivliyimizi qorumalıyıq və çox yaxşı olar ki, regionlarda və Bakı şəhərində gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün yaradılan şəraitdən istifadə etmək lazımdır. Bunun üçün, dövlətin yaratdığı, sərmayə qoyduğu bu cür şəraitdən yaxşı mənada istifadə etmək lazımdır. Buradan da çağırış etmək istəyirəm ki, hər bir valideyn, hər bir gənc özlərinin gələcək inkişafı üçün həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməlidir”.

Taekvondoçu, Avropa Çempionatının və V İslam Həmrəyliyi Oyunlarının qalibi Fəridə Əzizova isə məsələnin digər tərəfindən, yəni gənclərin fiziki inkişafından və bunda idmanın oynadığı roldan danışıb:

“Təbii ki, hamının bildiyi kimi Azərbaycanda cənab Prezidentimiz tərəfindən idmana olan qayğı və dəstək yüksək səviyyədədir və Ali Baş Komandan hər zaman idmançıların yanındadır.

O ki qaldı uşaqların və gənclərimizin idmana marağına, bundan əvvəlki illərlə müqayisədə hal-hazırda idmana olan maraq artıb.

Bu, mənim üçün çox sevindirici bir haldır. İdmanla məşğul olmaq uşaq və gənclərin həyatına inanılmaz müsbət təsir göstərir. İlk növbədə sağlam, eyni zamanda da nizam-intizamlı və məsuliyyətli olmaq üçün idman əsas amillərdən biridir, fikrimcə. Bu göstəricilər tək idmanda deyil, təhsildə də öz əksini tapır. Bir çox alimlər tərəfindən də təsdiqlənib ki, fiziki aktivliklə məşğul olan insanların beyin hüceyrələri daha yaxşı inkişaf etmiş olur. Bu da öz növbəsində hər bir sahədə öz müsbət təsirini göstərir. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar”.

Müəllif: Ayşən İsmayılova

Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.

Paylaş:
501

Son xəbərlər

Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34
Bütün xəbərlər