“Azərbaycan Silahlı Qüvvələri Günü bizə Azərbaycan Xalq Cümhuriyyəti zamanından miras qalıb” - Elman Nəsirov | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan Silahlı Qüvvələri Günü bizə Azərbaycan Xalq Cümhuriyyəti zamanından miras qalıb” - Elman Nəsirov

Ayşən İsmayılova14:00 - 24 / 06 / 2024
“Azərbaycan Silahlı Qüvvələri Günü bizə Azərbaycan Xalq Cümhuriyyəti zamanından miras qalıb” - Elman Nəsirov

1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk milli diviziyanın və Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul etdi.

Xosrov bəy Sultanov Azərbaycanın ilk hərbi naziri təyin edildi. Daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəz etdi. General-leytenant Əliağa Şıxlinski isə nazir müavini vəzifəsini icra etməyə başladı.

İlk Milli Ordunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi səriştəli generalları var idi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu da ləğv etdi.

Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilməyə başladı.

Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və Antirerror əməliyyatı ordumuzun tarix kitabəsinin unudulmaz səhifələrindəndir.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının növbəti ildönümünü qeyd etməyə böyük fəxarət hissi ilə hazırlaşdığımızı söyləyib.

“Azərbaycan Xalq Cümhuriyyətini yaradan böyük şəxsiyyətlər Azərbaycan Ordusunun da əsasını qoydular. Bu ordu 1918-1920-ci illərin reallığında da öz gücünü nümayiş etdirdi.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edib. Bu baxımdan, 26 iyun tarixi bizə həmin zamandan miras qalıb”.

Deputat qeyd edib ki, bu gün fəxarət hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır.

“Bir zamanlar kimlərsə dünyanın bu sahədə apardığı reytinq təşkilatlarının hesabatlarına ağız büzürdü və hesab edirdi ki, Azərbaycan Ordusu, doğrudan da, belə güclü potensiala malikdirsə, onun güclü əsgər və zabitləri vasa, bəs niyə torpaqlar işğal altındadır? Ancaq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyev hər gün ordu quruculuğu məsələlərinə xüsusi diqqət yetirmiş və bu sahəni prioritet sahə elan etmişdi. Torpaqlarımızın işğaldan azad olunması cənab prezidentin fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Nəticələr özünü göstərdi. 2020-ci ilin sentyabr-noyabrında İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Silahlı Qüvvələri sözün həqiqi mənasında ilk baxışdan mümkün olmayanı mümkün etdi. Çünki 6-7 müdafiə istehkamları qurulmuşdu. Bir mif yaratmışdılar ki, Ohanyan xətti var və o, keçilməzdir. Enişteynin məşhur bir ifadəsi var: “Bir şeyin qeyri-mümkün olduğunu hər kəs bilir, amma bunu bilməyənlər kəşf edir. Bizim silahlı qüvvələr üçün heç bilmək də lazım deyil ki, Ohanyan xətti var. Orada 5, 6, 7 qat istehkamlar qurublar və s. Azərbaycan Ordusu, sözünü həqiqi mənasında, möcüzələr yaradan ordudur. Çünki onun güclü Ali Baş Komandanı var. Bu ordunun əsgərlərinin vətənpərvərlik hissi ən yüksək səviyyədədir. O, erməni silahlı qüvvələrindən fərqli olaraq, nəyin uğrunda mübarizə apardığının və nəyə görə döyüşdüyünün fərqində idi.

Eyni zamanda, bu illər ərzində güclü iqdisadiyyatımız formalaşmışdı. Ölkədə vətəndaş həmrəyliyi hökm sürürdü. Səfərbər olmuş cəmiyyət formalaşmışdı və xalq öz prezidentinin ətrafında birlik nümayiş etdirirdi. Bütün bunların heç biri Ermənistanda yox idi. Bu reallıqlar fonunda yenilməz ordu tarix yazdı və öz adını da tarixə yazdı. Hesab edirəm ki, biz bu gün çox böyük fəxarət hissi ilə silahlı qüvvələrimizin yaranma tarixini qeyd edirik. Bu orduya qələbə yaraşır. Bu orduya müzəffərlik yaraşır”.

Elman Nəsirov son olaraq, Ordumuzun istənilən təhdid qarşılığında döyüşməyə hazır olduğunu vurğulayıb:

“Hələ ordumuzun qarşısında dayanan ən önəmli vəzifə odur ki, Ermənistandakı revanşizm Azərbaycan üçün təhlükə yaratdığını hiss etsə, özünü müdafiə hüququndan istifadə edə bilər. Bizim ordumuz müharibə istəmir, amma hər zaman müharibəyə hazırdır. Bunu düşmən tərəf bilsin. Onu da bilsin ki, 2020-ci ildə qalib gələn ordumuz üstündən 4 il keçəndən sonra daha da güclüdür. Heç kəs Azərbaycanla təhdid və təzyiq dili ilə danışa bilməz. Çünki Azərbaycanın çox güclü ordusu var və biz bu ordunun 106-cı ildönümünü qeyd etməyə hazırlaşırıq”.

Paylaş:
559

Son xəbərlər

Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34
Bütün xəbərlər