Nərimanov rayonunda ağaclara edilən “sui-qəsd”in qarşısı alınıb - Nazirlikdən AÇIQLAMA - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanov rayonunda ağaclara edilən “sui-qəsd”in qarşısı alınıb - Nazirlikdən AÇIQLAMA - FOTO

Ayşən İsmayılova16:54 - 25 / 05 / 2024
Nərimanov rayonunda ağaclara edilən “sui-qəsd”in qarşısı alınıb - Nazirlikdən AÇIQLAMA - FOTO

Qızmar yay günlərində günəşin nəfəskəsən şüalarından qorunmaq istəyərkən bizə ilk yardım əlini uzadan, sözsüz ki, ağaclar olur.

Lakin yeri gələndə cəmiyyətimiz də onlara əl uzadır. Bəziləri su vermək, budamaq üçün, bəziləri isə dibinə bəlğəm tüpürmək, siqaret kötüyü və zibil atmaq üçün...

Elə bu “humanist” əllərdən biri də N. Nərimanov rayonu, Əliyar Əliyev və Mirzə Uluqbəy küçələrinin kəsişməsindəki ağaclara uzanmışdı. Belə ki, 23 may tarixində redaksiyamıza sözügedən yerdəki ağacların dibinə yaxınlıqda yerləşən tikinti materialları satılan yerdən zəhərli tullantıların atılması və Bakıda onsuz da "iki cüt- bir tək" qalan ağacların qurumağa sövq edilməsi ilə bağlı müraciət daxil olub.

1news.az məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirlikdən bildirilib ki, Nərimanov rayonu, Əliyar Əliyev və Mirzə Uluqbəy küçələrinin kəsişməsindəki ərazidə ağacların dibinə inşaat tullantılarının tökülməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Rəvan Teymurov bildirib ki, Xidmətin əməkdaşlarının nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən ağacların dibi tullantılardan təmizlənib, torpaq qatı dəyişdirilib və onlara aqrotexniki xidmət göstərilib.

Paylaş:
407

Son xəbərlər

Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34
Bütün xəbərlər