AFFA üç futbolçunu 4 oyunluq cəzalandırıb | 1news.az | Xəbərlər
Futbol

AFFA üç futbolçunu 4 oyunluq cəzalandırıb

Qafar Ağayev13:59 - 24 / 05 / 2024
AFFA üç futbolçunu 4 oyunluq cəzalandırıb

AFFA-nın İntizam Komitəsi Azərbaycanın I və II Liqalarında çıxış edən üç futbolçunu 4 oyunluq cəzalandırıb.

1news.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

I Liqanın XXVII turu çərçivəsində mayın 22-də baş tutan “Difai Ağsu” - “Zaqatala” görüşünün 33-cü dəqiqəsində qonaqların futbolçusu Roini İsmayılov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Fubolçunun bu hərəkətinə görə klub 300 manat cərimələnib.

II Liqanın XXVI turu çərçivəsində mayın 20-də baş tutan “Dinamo” - “Sheki City” qarşılaşmasında meydan sahiblərindən Şahin Əliyev, qonaqlardan isə Sərcan Omarov eyni cəzaya məruz qalıblar. Hər iki futbolçu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyunluq diskvalifikasiya ediliblər. Həm “Sheki City”, həm də “Dinamo” klubları 300 manat cərimələnib.

İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən “Zirə-2” klubunun üzvü Tamerlan Burcəliyevə isə 3 oyunluq cəza verib. Buna futbolçunun XXXV turda “Kəpəz-2” ilə oyunun 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə yol verməklə meydandan qovulması səbəb olub. Komitə “Zirə-2”ni 200 manat cərimələyib.

Paylaş:
2186

Sizin üçün xəbərlər

Son xəbərlər

Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Xaçmazda yol qəzası olub, ölən və yaralananlar varBu gün, 15:22Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:57Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanırBu gün, 10:53
Bütün xəbərlər