“Vətən naminə Tavuş” hərəkatının iştirakçıları İrəvana çatıb
Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edən arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən naminə Tavuş" müxalifət hərəkatının iştirakçıları İrəvana çatıblar.
1news.az bu barədə erməni KİV-lərə istinadən xəbər verir.
"Bu hərəkat zorakılıq haqqında deyil, barışıqdır. Xalqımız, ölkəmiz aşağılanmış vəziyyətdədir. Bu vəziyyəti düzəltməyin vaxtı gəlib", - deyə arxiyepiskop qeyd edib.
Qeyd edilir ki, İrəvanın Respublika meydanında böyük mitinq gözlənilir. Müxalifət hərəkatına onlarla siyasi və ictimai təşkilat, həmçinin, ziyalıların nümayəndələri öz həmrəyliklərini nümayiş etdiriblər.
2750