Ermənistandan Gürcüstana külli miqdarda qızılın qanunsuz keçirilməsinin qarşısı alınıb
Gürcüstan gömrükçüləri Ermənistandan Gürcüstana külli miqdarda qızılın qanunsuz yollarla keçirilməsinin qarşısını alıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb. Bildirilib ki, qurumun əməkdaşları yaranmış şübhələr əsasında xarici ölkə vətəndaşının maşınına baxış keçiriblər. Bu zaman gömrük dəyəri 42 098,76 lari (26 960 lari) olan bəyan edilməmiş 417,17 qram qızıl zinət əşyaları aşkarlanıb.
İş üzrə materialların Maliyyə Nazirliyinin istintaq xidmətinə təhvil verildiyi qeyd olunub.
3366