Balasanyan Ermənistanda dindirildi
Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının sabiq “rəhbəri”, terrorçu-daşnak Vitali Balasanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirilib.
1news.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı onun vəkili Rafael Martirosyan təsdiqləyib.
Vəkil bildirib ki, Balasanyan oktyabrın 13-ü dindirilib.
“Vitali Balasanyan təfərrüatı barədə danışa bilmədiyim cinayət işi ilə bağlı sorğuya çağırılıb. Amma onu deyə bilərəm ki, şahid qismində dindirilib. Qeyd edim ki, onun verdiyi ifadənin bu işin istintaqının gedişinə və təqsirləndirilən şəxsə heç bir aidiyyəti olmayacaq”, - R. Martirosyan əlavə edib.
3938