Armen Qriqoryan İran Prezidenti ilə regional təhlükəsizliyi müzakirə edib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.
1news.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi "Facebook" hesabında bildirib.
Onun sözlərinə görə, görüş zamanı regional təhlükəsizlik vəziyyəti müzakirə edilib və sərhədlərin bütövlüyü prinsipinə riayət edilməsi və münaqişələrin dialoq yolu ilə həll edilməli olduğu vurğulanıb.
Görüşdə Ermənistan-İran ikitərəfli münasibətlərinə toxunulub, bu əlaqələrin multidissiplinar inkişafının davamlılığı vurğulanıb.
3939