Ərdoğan: Can Azərbaycanda gənclərimizin “iki dövlət, bir millət, bir festival!” anlayışı ilə necə qucaqlaşdıqlarının birlikdə şahidi olduq | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan: Can Azərbaycanda gənclərimizin “iki dövlət, bir millət, bir festival!” anlayışı ilə necə qucaqlaşdıqlarının birlikdə şahidi olduq

S.Xankişiyeva15:28 - 04 / 06 / 2022
Ərdoğan: Can Azərbaycanda gənclərimizin “iki dövlət, bir millət, bir festival!” anlayışı ilə necə qucaqlaşdıqlarının birlikdə şahidi olduq

Can Azərbaycanda TEKNOFEST düşüncəli gənclərimizin “iki dövlət, bir millət, bir festival!” anlayışı ilə necə qucaqlaşdıqlarının birlikdə şahidi olduq. Azərbaycanlı qardaşlarımızın 28 May-Müstəqillik Gününü bütün mənalarda gözqamaşdırıcı bir texnoloji mərasimlə şərəfləndirdik.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Ankaranın Kızılcahamam rayonunda keçirilən 30-cu müşavirə və dəyərləndirmə toplantısındakı çıxışında ifadə edib.

Prezident İlham Əliyev ilə birlikdə Rize-Artvin Hava Limanını açdıqlarını xatırladan dövlət başçısı Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə Türkiyədə nəqliyyat və infrastrukturun genişlənməsi, terrorla qətiyyətli mücadilə, iqtisadi inkişaf, ixracatın artırılması, xalqın rifahının yüksəlişi istiqamətindən həyata keçirilən siyasətin nəticələrindən danışıb.

Türkiyənin dövlət sərhədi boyunca Suriya ərazisində təhlükəsizlik dəhlizinin qətiyyətlə qurulduğunu bildirən Prezidenti Rəcəb Tayyib Ərdoğan gündəlikdə duran digər məsələlərə də münasibət bildirərək, İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətlərinə dair Türkiyənin dəyişməz mövqeyini təkrarlayaraq deyib ki, NATO terrorçuların təhlükəsizliyini təmin edəcək təşkilat deyil.

Paylaş:
612

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər