III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibi dəyişib - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibi dəyişib - SƏRƏNCAM

Qafar Ağayev17:52 - 16 / 04 / 2025
III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibi dəyişib - SƏRƏNCAM

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Təşkilat Komitəsinin üzvləri sırasına Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrlərinin müavinləri, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini daxil edilib. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı, eyni zamanda Bərdə, Goranboy, İsmayıllı, Qazax, Şəmkir, Tərtər və Tovuz rayonlarının icra hakimiyyəti başçılarının müavinləri isə Təşkilat Komitəsindən çıxarılıb.

Paylaş:
134

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər