Mixeil Kavelaşvili: Gürcüstan və Azərbaycan strateji dostluğu və əməkdaşlığı nümunəvidir | 1news.az | Xəbərlər
Siyasət

Mixeil Kavelaşvili: Gürcüstan və Azərbaycan strateji dostluğu və əməkdaşlığı nümunəvidir

Qafar Ağayev14:07 - 16 / 04 / 2025
Mixeil Kavelaşvili: Gürcüstan və Azərbaycan strateji dostluğu və əməkdaşlığı nümunəvidir

Prezident İlham Əliyevə məni qəbul etdiyi üçün xüsusi təşəkkür edirəm.

1news.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatında bildirib.

Gürcüstan Prezidenti deyib ki, prezident seçildikdən sonra ilk rəsmi səfəridir və bu, ölkələr arasında strateji münasibətlərdən xəbər verir: “Cənubi Qafqaz regionunda çağırışlar, dünyada gedən proseslər haqqında da fikirlərimizi bölüşdük. Ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək üçün zəmin var. Dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz qarşılıqlı etimadın və deyilən sözün dəyərini başa düşürük. Buna görə də Gürcüstan və Azərbaycanın strateji dostluğu və əməkdaşlığı nümunəvidir”.

Mixeil Kavelaşvili qeyd edib ki, hər iki xalq dəyərlərinin qorunması uğrunda mübarizədə bir yerdədirlər: “İnanıram ki, strateji tərəfdaşlıq və mehribanlıq qonşuluq münasibətlərimiz daha da güclənəcək, yeni mərhələyə keçəcək”.

Paylaş:
168

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər