Şimali Koreya Yapon Dənizinə raket atdı
Şimali Koreya Yapon dənizi istiqamətinə bir neçə qısa mənzilli ballistik raket atıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargah Rəisi raketlərin Jagang vilayətindən atıldığını və təxminən 250 km məsafə qət etdikdən sonra dənizə düşdüyünü bildirib. Raketlərin sayı açıqlanmayıb.
Yaponiya hökuməti də sınağı təsdiqləyib və zərər qeydə alınmadığını bildirib. Baş Kabinet Katibi Yosimasa Hayaşi, Yaponiya, ABŞ və Cənubi Koreya arasında əməkdaşlığın davam etdiyini vurğulayıb.
Şimali Koreyanın bu sınağı regionun və beynəlxalq sülhün təhlükəsizliyini təhdid edir.
Xatırladaq ki, Pxenyan rəhbərliyi 6 yanvarda son olaraq səs sürətinin 12 qatına çata bilən hipersonik raket test etmişdi.
75