Ölümlə və ağır xəsarətlə nəticələnən yol qəzalarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? - ŞƏRH | 1news.az | Xəbərlər
Müsahibə

Ölümlə və ağır xəsarətlə nəticələnən yol qəzalarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? - ŞƏRH

15:17 - 09 / 01 / 2025
Ölümlə və ağır xəsarətlə nəticələnən yol qəzalarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? - ŞƏRH

Yəqin ki, hər gün yol qəzaları ilə bağlı məlumatlarla, xəbərlərlə qarşılaşırıq.

Yol qəzaları dünyanın hər yerində baş verir və bundan sonra da baş verəcək. Ancaq yol qəzalarının ən dəhşətli tərəfi insan ölümü və ağır xəsarətlə nəticəsi olandır. Hər il minlərlə insan bu qəzalar nəticəsində həyatını itirir, milyonlarla insan isə fiziki və psixoloji zərərlə qarşılaşır.

Bununla bağlı dünyanın bir çox ölkəsində olduğu kimi ölkəmizdə də müxtəlif tədbirlər görülür. Bunlara misal olaraq, piyada səkilərinin standartlara uyğun inşa edilməsi, velosipedlər üçün xüsusi zoların çəkilməsi, sürət həddinin azaldıması və s. kimi məqamları sadalaya bilərik.

Sevindirici haldır ki, bu istiqamətdə görülən işlər az da olsa öz hədəfinə çata bilir.

Belə ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev paylaşımında bildirib ki,2024-cü il ərzində baş vermiş yol nəqliyyat hadisələrində dünyasını dəyişənlərin sayı 2023-cü illə müqayisədə 100 nəfər azalıb.

“Bu müsbət dinamika hesab edilsə də, arzuladığımız rəqəm deyil, çünki yollarda 1 ölüm belə çoxdur.

Yol hərəkəti qaydalarına riayət etməklə yollarda qəzaya və ölümə səbəb olmamaq hərkəsin öz əlindədir” – deyə o, əlavə edib.

Bəs görəsən qəzaların əsas səbəbləri nələrdir? Yol qəzalarının, qəzalarda ölüm və ağır xəsarət hallarının azaldılması istiqamətində hansı işlər görülməlidir?

Məsələ ilə bağlı 1news.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, qəzalar dünyanın hər yerində baş verir, əsas məsələ qəzanın necə nəticələnməsidir.

Rauf Ağamirzəyev

“Qəza ölüm, yüngül xəsarət və ya maddi ziyanla nətinəcələnə bilər. Yəni bizim hədəfimiz insanımızı qorumaq olmalıdır. Qəzanın baş verməsinin fərqli səbəbləri ola bilər. Fərqli səbəblər ola bilər, qış təkərinə keçəməmək, idarətməni itirən sürücüdən, işıqlandırmanın olmaması və yaxud zəif olması, piyada səkisinin olmaması və piyada vərdişlərinin fərqli formalaşması, ölkə ərazisində yük daşınmada tikinti materiallarının uzaq məsafəyə daşınması və s. kimi səbəbləri sıralalaya bilərik. Bizim dəmir yolumuz ola-ola yüklərimizin bir qismi yük maşınları tərəfindən daşınır. Elə bu məsələyə də diqqət etmək lazımdır. 5 ildir ölkədə sərnişin daşınmada dəmir yolunda demək olar ki, gecə qatarları fəaliyyət göstərməyib. Bu günlərdə Bakı-Balakən yenidən istifadəyə verildi. Biz insanlara əgər hər hansı bir iradı bildiririksə, insanlara təklif də verməliyik. Hər istiqamətində bizim ictimai nəqliyyatın çeşidli növləri, fasiləsiz hərəkət təmin olmalıdır ki, insanlar fərdi nəqliyyatla yox, daha təhlükəsiz, daha konfortlu olan ictimai nəqliyyatla hərəkət etsinlər. Bəli, gücləndirilmiş iş rejimində avtovağzal kompleksi də, dəmir yolu nəqliyyatı da işləyib. Amma bunlar yetərli olmadığı üçün insanlar fərdi nəqliyyata yönəlir. Fərdi nəqliyyata da yönələndə fərqli hadisələrlə qarşılaşırıq və burada da yenə də çeşidləmək lazımdır. Regiona gedən magistral yollar və yaxud şəhər daxilindəki yollar.

Şəhər daxilində qədər piyada infrastrukturunun bərbad olması səbəbindən, işıqlandırılmanın olmaması səbəbindən və digər səbəblərdən dolayı qəza baş verirsə, burada piyadanı günahlandırmaq lazım deyil”.

“Data əsaslıq qərar vermək lazımdır. Yəni, bizdə nöqtəvi olaraq bu datalarımız varmı? Neçə qəza baş verir? Nəticəsində ölüm varsa, hansı iş görmüşük?” – deyə. R.Ağamirzəyev əlavə edib:

“Müsbət addım o idi ki, keçən il bir sıra lahiyələrdə zolaqların ensizləşdirilməsi əməliyyatı görüldü, bəzi yerlərdə piyada təhlükəsizliyi üçün adacıqlar təşkil olundu. Bu da təhlükəsizliyi baxımından çox önəmlidir. Bunun ardı gəlməlidir, hədəflərimizi müəyyənləşdirməliyik.

Günahkar axtarmaq əvəzinə, olan hadisənin nəticəsinə əsasən təhlükəsizlik üzrə yeni plan tərtib etməliyik. Çox təəssüflər olsun ki, 2019-2023-cü illər üçün Yol Hərəkəti təhlükəsizliyi üzrə dövlət proqramı bitdi. Amma orada qoyulmuş tələblər icra olunmadı və bugünkü mənzərə heç də xoş deyil. Ona görə düşünürəm ki, bunları detallı olaraq araşdırılıb və data əsaslı qərara verilməlidir.,

Ekspert deyib ki, dünyada vizyon zero konsepsiyası var (ölüm hallarına sıfır dözümlü siyasəti).

“İnsan səhv edə bilər, əsas hədəf insanın etdiyi səhv nəticəsində ölüm hallarınının olmamasıdır. Bizim də hədəfimiz bu olmalıdır.

Yəni, hər məsələyə individual olaraq təkrar dövrün tələbinə uyğun təşkilinin yönündə bir baxılmasına ehtiyac var”.

R.Ağamirzəyev deyib ki, qayda pozuntuları çoxalırsa, mütləq tədbirlər görülməlidir.

“1,8 milyon nəqliyyat vasitəsinin idarə olunması üçün yanaşma dəyişməlidir. Problemlərin səbəbləri çoxdur, xüsusilə yol infrastrukturu sahəsində. Yük daşımalarında mişar və qırma daşının dəmir yoluna yönləndirilməsi, qısa məsafələrdə avtomobil nəqliyyatı ilə həlli mümkündür. Dəmir yolu və avtomobil yollarına investisiyalar artırılmalı, keyfiyyət yüksəldilməli və fərdi nəqliyyatdan ictimai nəqliyyata keçid stimullaşdırılmalıdır.

Bakıda rəqəmsal əkiz texnologiyası tətbiq edilib və bu, layihələrin əvvəlcədən təhlili üçün əhəmiyyətlidir. Bu texnologiyanın geniş tətbiqi ilə həm mikro, həm də makro səviyyədə problemlər araşdırılaraq həll edilməlidir. Sürət həddinin aşılmasının qarşısını almaq üçün infrastruktur təkmilləşdirilməlidir.

Şəhər nəqliyyatı sahəsində piyada keçidləri, işıqlandırma və əlçatanlıq diqqət mərkəzində olmalıdır. Təəssüf ki, Bakıda piyada infrastrukturu bərbad vəziyyətdədir. Bu məsələ 2026-cı ildə Bakıda keçiriləcək Beynəlxalq Urbanist Forumu çərçivəsində gündəmə gətirilməli və təkmilləşdirilməlidir.

Standartlara yenidən baxılmalı, səkilərin zəbt edilməsinə və zebraların üstündə park etməyə qarşı sərt cəzalar tətbiq edilməlidir. Bu yanaşma regionlara da şamil edilməlidir.

Sürücülük kurslarının tədris keyfiyyəti artırılmalı, müasir standartlara uyğunlaşma təmin edilməli və nəzarət mexanizmi tətbiq olunmalıdır. İnfrastruktur yaradıldıqdan sonra məsuliyyət tələb olunmalıdır”.

Paylaş:
139

Son xəbərlər

Bütün xəbərlər