“Veysəloğlu MMC”-dən Red Bull brendi adından yayılan saxta məlumat ilə bağlı rəsmi açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

“Veysəloğlu MMC”-dən Red Bull brendi adından yayılan saxta məlumat ilə bağlı rəsmi açıqlama

12:02 - 08 / 01 / 2025
“Veysəloğlu MMC”-dən Red Bull brendi adından yayılan saxta məlumat ilə bağlı rəsmi açıqlama

"Veysəloğlu" MMC distribusiyasını həyata keçirdiyi Red Bull markası ilə bağlı yayılan yanlış məlumatlara dair rəsmi açıqlama yayıb.

Şirkət bildirir ki, son dövrlərdə müxtəlif sosial şəbəkələrdə Red Bull brendi adından saxta postlar paylaşılır: “Bu paylaşımlarda Red Bull adından istifadə edərək endirim kampaniyalarının keçirildiyi göstərilir və əsassız foto və videomateriallar təqdim olunur”.

Açıqlamada qeyd olunur ki, Red Bull markası ilə bağlı məlumatlar ancaq rəsmi social şəbəkələrdə (https://www.instagram.com/redbullaz/https://www.tiktok.com/@redbullaz) və saytda ( redbull.az ) elan paylaşılır.

Şirkət vətəndaşlardan xahiş edir ki, Red Bull markasına aidiyyəti olmayan səhifələrdə yayılan saxta məlumatlara etibar etməsinlər. Eyni zamanda, belə təxribatlar törədən şəxslərin hüquqi məsuliyyətə cəlb ediləcəyi vurğulanıb.

Bu cür elanların düzgünlüyünü yoxlamaq üçün yalnız rəsmi mənbələrə müraciət etmək tövsiyə olunur.

Paylaş:
161

Son xəbərlər

Xalq Bank 20 il

08 / 01 / 2025, 16:42
Bütün xəbərlər