Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində çalışacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində çalışacaq

Qafar Ağayev17:12 - 27 / 12 / 2024
Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində çalışacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 30 dekabr tarixindən 6 yanvar 2025-ci il tarixinədək respublikanın avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə 1news.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq olunmuş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verilib.

Bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

Vətəndaşlar biletləri avtovağzalların kassalarından, həmçinin “biletim.az” portalından onlayn qaydada əldə edə bilərlər. Hazırda “biletim.az” portalında 47 şəhər və rayona 74 istiqamət üzrə bilet almaq mümkündür.

Paylaş:
152

Son xəbərlər

Bütün xəbərlər