"Azerbaijan Green Energy Company" MMC COP29-da bərpa olunan enerjiyə yatırımlar istiqamətində panel müzakirəsi təşkil edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

"Azerbaijan Green Energy Company" MMC COP29-da bərpa olunan enerjiyə yatırımlar istiqamətində panel müzakirəsi təşkil edib - FOTO

13:18 - 17 / 11 / 2024
"Azerbaijan Green Energy Company" MMC COP29-da bərpa olunan enerjiyə yatırımlar istiqamətində panel müzakirəsi təşkil edib - FOTO

"Azerbaijan Green Energy Company" (AGEC) MMC 15 noyabr 2024-cü il tarixində COP29-da bərpa olunan enerjiyə yatırımlar istiqamətində panel müzakirələri təşkil edib.

Müzakirələrdə Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Agentliyinin sədr müavini Rəna Hümbətova, Masdar şirkətinin Azərbaycan ofisinin ölkə üzrə rəhbəri Murad Sadıxov, Baltech şirkətinin Enerji üzrə rəhbəri Volkan Gerdan və ABŞ angel investoru Laszlo Horvath iştirak ediblər. Sessiya zamanı panel üzvləri həm yerli, həm də regionda maliyyə bazarında bərpa olunan enerjiyə yatırım imkanlarını müzakirə edib, iqlim maliyyələşdirilməsi mövzusuna toxunublar.

Panel müzakirəsi AGEC şirkətinin baş maliyyə inzibatçısı Xəyalə Nağıyevanın moderatorluğu ilə baş tutub.

Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Agentliyinin sədr müavini Rəna Hümbətova öz çıxışında Azərbaycanın bərpa olunan enerji ixracı istiqamətində və həmçinin daxili infrastruktur layihələri barədə COP29 ərəfəsində aparılan işlər barədə geniş məlumat verib.

Xəyalə Nağıyeva bildirib ki, AGEC günəş və külək enerjisi layihələrinə sərmayə qoyaraq bərpa olunan enerji sektorunun inkişafını və dayanıqlı investisiyanın təşviqini hədəfləyir. O, vurğulayıb ki, şirkətin uzunmüddətli biznes modeli, ölkənin bərpa olunan enerji potensialını üzə çıxarmaqla yanaşı, enerji ekosistemində səmərəliliyin artırılması və enerji sahəsinə investisiyanın diversifikasiyasına əsaslanır.

Qeyd edək ki, AGEC bir neçə il davam edən müzakirələrin nəticəsi olaraq 2023-cü ildə yaradılıb.

Reklam hüququnda

Paylaş:
217

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:57Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanırBu gün, 10:53Azərbaycanın dəniz xüsusi təyinatlıları “SAT-SAS-2024” təlimində iştirak edirBu gün, 10:35ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdiBu gün, 10:23Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08BMT Baş katibi Antonio Quterreş Azərbaycana səfərə gəlibBu gün, 09:46Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:44Bu gün COP29-da su ehtiyatlarının idarə olunması məsələlərinə həsr edilmiş Bakı Bəyannaməsi qəbul ediləcəkBu gün, 09:42Noyabrın 21-ə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:29Bakıda 59 yaşlı qadını maşın vurubBu gün, 09:11Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:58Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib20 / 11 / 2024, 17:42Audiovizual Şura “Vətəndaş A” serialına görə “İTV”-yə xəbərdarlıq etdi20 / 11 / 2024, 17:37
Bütün xəbərlər