Bakıda kirayə mənzil bazarında vəziyyət – Hansı hallar qiymətlərə təsir edə bilər? | 1news.az | Xəbərlər
Reportaj

Bakıda kirayə mənzil bazarında vəziyyət – Hansı hallar qiymətlərə təsir edə bilər?

Qafar Ağayev11:26 - 20 / 09 / 2024
Bakıda kirayə mənzil bazarında vəziyyət – Hansı hallar qiymətlərə təsir edə bilər?

Ali məktəblərə qəbulun nəticələri açıqlanandan sonra demək olar ki, Azərcanın bir çox yerlərində, xüsusilə də paytaxt Bakıda kirayə mənzil bazarında canlanma müşahidə olunmağa başladı.

Kirayə ev tutanlar qiymətlərin çox yüksək olduğundan gileylənir, xüsusilə də tələbələr yataqxanaların yetərli olmamasını dilə gətirirdilər .

Bəs görəsən bu qiymət artımına səbəb nədir? Nə baş versə kirayə mənzil bazarında qiymətlərdə ucuzlaşma baş verər?

Məsələ ilə bağlı 1news.az-a danışan əmlak məsələri üzrə ekspert Ramil Osmanlı deyib ki, kirayə mənzil bazarında ciddi qiymət dəyişməsi müşahidə olunur.

“Bu demək olar ki, hər il üçün çox xarakterik olan bir məsələdir. Yəni hər il bu mövsümdə baş verən tendensiyadadır, sadəcə ilbəil getdikcə dərinləşir. Artıq təkcə mövsüm aylarında deyil, digər aylarda da biz bazarda qiymət artımları müşahidə edirik”.

“Kirayə qiymətlərinin artmasının bir çox səbəbləri var” – deyə R.Osmanlı fikirlərinə əlavə edib:

“Əsas səbəblərdən biri, şəhərsalma ilə bağlı infrastrukturla bağlı həyata keçirilən bu böyük layihələr ilə bağlıdır. Həmin layihələr çərçivəsində kirayə mənzil üçün təklif portfelinin əsasını təşkil edən, yaşayış massivlərinin sürətlə sökülməsi, kirayə mənzil bazarında təklifin məhdudlaşdırır. Təbii ki, bu məhdudlaşma azalma yüksək tələb fonunda qiymət artımına gətirib çıxarır. Eyni zamanda, bu prosesdə əsas rol oynayan, bazara təsir göstərən amillərdən biri bu pilot layihələr çərçivəsində bazarda yeni süni tələb formalaşdırılmasıdır. Birdən birə hansı bir ərazinin köçürülməsi nəticəsində 300-400 ailə qış aylarında kirayə bazarına daxil olur və qısa müddət ərzində müraciətlərin ciddi artım baş verdiyinə görə bu da qiymətə təsir göstərir.

Bu faktorlar da bu bahalaşma tendensiyasının daha da dərinləşməsinə, il boyu davam etməsinə səbəb olur”.

Azad olunmuş ərazilərə qayıdış prosesinin paytaxtda kirayə mənzil bazarına təsirlərindən danışan R.Osmanlı deyib ki, Qarabağda yeni mənzil yaranması hələ ora kütləvi köç anlayışına gəlmir:

"Kütləvi köç üçün, mənzillə yanaşı digər infrastrukturun da əsaslı şəkildə əhəmiyyətli şəkildə qurulmasına ehtiyac var. Orada iş yerləri, böyük sənaye obyektləri yaradılmalıdır, əhalinin həqiqətən də davamlı və dayanıqlı yaşayışını təmin etmək üçün tam infrastruktur formalaşdıqdan sonra hesab edirəm ki, qismən bunu təyin etmək mümkün olar. Amma bunun üçün vaxt lazımdır, bir, iki il məsələsi deyil. Mən hesab etmirəm ki, paytaxtdakı mövcud sıxlığı indi halda azad olunmuş ərazilərimizə qayıdışla qaldırmaq indiki halda mümkün olsun. Çünki faktiki olaraq həmin ərazilərdə sahibkarlığın əhəmiyyətli formada inkişafına ehtiyac var. Sahibkarlığı inkişaf etdirməklə deyək ki, biz ora dayanıqlı, davamlı qayıdışı təmin etmiş oluruq. İndiki halda isə hələki təbii ki, atılan addımlar bu prosesi tam şəkildə, həyata keçirməyə imkan vermir. Bunu ona yenə deyirəm ki, biz neçə il müddət ilk vaxt lazımdı. Eyni zamanda, təbii ki, həyata keçirilən layihələrdə kiçik və orta sahibkarlıq subyektlərinin həmin ərazilərə qayıdışı üçün müəyyən stimullaşdırıcı addımlar atılmasına ehtiyac var".

R.Osmanlı əlavə edib ki, özəl tələbə yataqxanaları ilə bağlı məsələ tam şəkildə bazarda vətəndaşlıq hüququ qazanmayıb.

"Ayrı-ayrı qəsəbə və kəndlərdə, şəhərə yaxın olan bəzi ərazilərdə müşahidə edirik ki, kimlərsə iki mərtəbəli, üç mərtəbəli fərdi yaşayış evi tikir, onu bu məqsədlər üçün istifadə edir. Amma bu indiki halda belə deyək də qeyd olunan tələbə sayını təmin etməyə imkan vermir. Tam şəkildə nəzərə almalıyıq ki, indiki şəraitdə iki vəziyyətdə hökumətin də yataqxana tikmək, yeni yataqxanalar salmaqla bağlı imkanları yetərli deyil. Çünki biz paralel olaraq 20 faizlik ərazinin bərpası prosesinin içindəyik. Yəni orada bərpa işləri ilə yanaşı dövlət vəsaitləri hesabına bu cür addımlar, hesab edirəm ki, real deyil. Amma özəl formada bunu təbliğ etmək olar, təşviq etmək olar. Sahibkarların bu prosesə marağını təmin etdikdən sonra, bu sahəni hansısa formada inkişaf etdirmək olar".

Paylaş:
1040

Son xəbərlər

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏRBu gün, 18:41Azərbaycan və İran XİN rəhbərləri görüşüb, əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO - YENİLƏNİBBu gün, 17:59Haqsız rəqabətə görə 190 min manata yaxın cərimə yazılıbBu gün, 17:51Masazırda kişi qətlə yetirilibBu gün, 17:46Antalyanın kəndi dünya üzrə ən yaxşı turizm məkanlarından biri olduBu gün, 17:41Muxtar Babayev COP16-nın prezidenti ilə iqlimin maliyyələşdirilməsini müzakirə edibBu gün, 17:35Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilibBu gün, 17:07Suraxanıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilibBu gün, 17:01Onlayn formatda Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilibBu gün, 16:38Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - FOTOBu gün, 16:06Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılırBu gün, 15:53Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilibBu gün, 15:44Prezident Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİBBu gün, 15:34Qəza, nasaz avtomobillər - Yağışlı havada Bakı yollarında vəziyyət - SİYAHIBu gün, 15:16Dövlət qulluğuna qəbulun test mərhələsinin nəticəsi açıqlanıbBu gün, 15:06​​​​​​​Sumqayıtda 91 yaşlı qadın hündürlükdən yıxılaraq ölübBu gün, 14:49Naxçıvan Dövlət Universitetinə rektor təyin edilibBu gün, 14:26ASCO-nun bərə və Ro-Ro tipli gəmiləri ilə sərnişin biletlərinin qiyməti neçəyədir?Bu gün, 14:25Dövlət Başçısı El-Salvadorun Azərbaycandakı yeni səfirini qəbul edib - YENİLƏNİBBu gün, 14:00Leysan xarakterli yağış nə zamana qədər davam edəcək? - AÇIQLAMABu gün, 13:50
Bütün xəbərlər