“Boeing 787 Dreamliner” təyyarəsində “pilot” ola bilərsiniz - Simulyator ilk dəfə Bakıda - FOTO | 1news.az | Xəbərlər
Reportaj

“Boeing 787 Dreamliner” təyyarəsində “pilot” ola bilərsiniz - Simulyator ilk dəfə Bakıda - FOTO

Qafar Ağayev17:34 - 12 / 09 / 2024
“Boeing 787 Dreamliner” təyyarəsində “pilot” ola bilərsiniz - Simulyator ilk dəfə Bakıda - FOTO

“JW Marriott Absheron Baku” hotelində AZAL və “Boeing”in birgə layihəsi çərçivəsində “Boeing 787 Dreamliner” təyyarəsinin simulyatoru quraşdırılıb.

Məhz bu tip “Boeing 787 Dreamliner” təyyarəsinin simulyatoru Azərbaycanda ilk dəfə quraşdırılıb. Bu simulyator nümayiş xarakterlidir.

Biz də 1news.az-ın əməkdaşları olaraq simulyatordan istifadə etdik.

Özümüzü bir neçə dəqiqəlik olsa da özümüzü təyyarə sükanı arxasında hiss etdik. Təlimatçının göstərişləri ilə “təyyarəni” idarə etdim, və çətinliklə də olsa endirməyi bacardım Bu simulyator uşaqlar üçün və xüsusilə də özünü gələcəkdə pilot görmək istəyənlər üçün daha da maraqlı olacaq. Siz də bu fürsətdən istifadə etmək istəyirsinizsə, yolunuzu “JW Marriott Absheron Baku” hotelindən sala bilərsiniz. Onu da xatırladaq ki, simulyator 12-15 sentyabr tarixlərində “JW Marriott Absheron Baku” hotelindən olacaq.

“Boeing”in Avrasiya regionunda kommersiya satışları və marketinq üzrə vitse-prezidenti Pol Riqi bildirib ki, ““Azərbaycan Hava Yolları” regionda “Dreamliner”i istismar edən ilk aviaşirkət olub və ötən il donanmasını genişləndirmək məqsədilə daha səkkiz 787 təyyarəsini sifariş verib.

“Simulyator vasitəsilə belə bir müasir təyyarəni “idarə etmək” imkanını yaratmaqla Azərbaycanda yeni nəsil aviasiya həvəskarlarını ruhlandırmağa və sahəyə marağı artırmağa çalışırıq”, — deyə o əlavə edib.

Qeyd edək ki, “Boeing 787 Dreamliner” uçuş simulyatoru “Boeing 787” təyyarəsinin standart ekranlar konfiqurasiyasının və naviqasiya ekranlarının görüntüsünü dəqiqliklə əks etdirir. Simulyatorun proqram təminatı, displeyləri, sükan, mühərrik idarəetmə düyməsi və pedalları təyyarənin idarəetmə kabinəsini imitasiya edir. Simulyatoru idarə edərkən qonaqlar ABŞ-nin “Boeing Field” aerodromuna "eniş edə" və “Boeing 787”nin innovativ texnologiyaları ilə tanış ola bilərlər.

Xatırladaq ki, AZAL sərnişinlərin rahatlığını yüksək səviyyədə təmin etmək üçün ən son texnologiyaları cəlb etməyə davam edir. Aviaşirkət inkişaf strategiyasının bir hissəsi olaraq təyyarə parkını yeniləməyi və 2030-cu ilə qədər 8 ədəd “Boeing” markalı hava gəmisini əldə etməyi planlaşdırır.

Foto: Nadir İbrahimli

Paylaş:
1354

Son xəbərlər

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏRBu gün, 18:41Azərbaycan və İran XİN rəhbərləri görüşüb, əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO - YENİLƏNİBBu gün, 17:59Haqsız rəqabətə görə 190 min manata yaxın cərimə yazılıbBu gün, 17:51Masazırda kişi qətlə yetirilibBu gün, 17:46Antalyanın kəndi dünya üzrə ən yaxşı turizm məkanlarından biri olduBu gün, 17:41Muxtar Babayev COP16-nın prezidenti ilə iqlimin maliyyələşdirilməsini müzakirə edibBu gün, 17:35Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilibBu gün, 17:07Suraxanıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilibBu gün, 17:01Onlayn formatda Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilibBu gün, 16:38Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - FOTOBu gün, 16:06Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılırBu gün, 15:53Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilibBu gün, 15:44Prezident Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİBBu gün, 15:34Qəza, nasaz avtomobillər - Yağışlı havada Bakı yollarında vəziyyət - SİYAHIBu gün, 15:16Dövlət qulluğuna qəbulun test mərhələsinin nəticəsi açıqlanıbBu gün, 15:06​​​​​​​Sumqayıtda 91 yaşlı qadın hündürlükdən yıxılaraq ölübBu gün, 14:49Naxçıvan Dövlət Universitetinə rektor təyin edilibBu gün, 14:26ASCO-nun bərə və Ro-Ro tipli gəmiləri ilə sərnişin biletlərinin qiyməti neçəyədir?Bu gün, 14:25Dövlət Başçısı El-Salvadorun Azərbaycandakı yeni səfirini qəbul edib - YENİLƏNİBBu gün, 14:00Leysan xarakterli yağış nə zamana qədər davam edəcək? - AÇIQLAMABu gün, 13:50
Bütün xəbərlər