1news.az-ın baş redaktoru: “Seçkilərdə medianın üzərinə önəmli vəzifələr düşür” | 1news.az | Xəbərlər
Müsahibə

1news.az-ın baş redaktoru: “Seçkilərdə medianın üzərinə önəmli vəzifələr düşür”

11:53 - 17 / 08 / 2024
1news.az-ın baş redaktoru: “Seçkilərdə medianın üzərinə önəmli vəzifələr düşür”

“Ölkəmizdə mühüm tarixi dönəm yaşanır. Azərbaycanda növbədənkənar parlament seçkiləri ölkənin siyasi dinamikası, sosial-iqtisadi inkişafı və xarici beynəlxalq münasibətlərin inkişafı baxımından əhəmiyyət kəsb edir. Yeni formalaşacaq parlament proseslərə daha adekvat reaksiya verəcək”.

1news.az xəbər verir ki, bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova deyib.

“Ölkəmizdə bütün namizədlər üçün bərabər imkanlar yaradılıb. Namizədlər öz təşviqat kampaniyalarını aparır, siyasi partiyaların və müstəqil namizədlərin seçki mühiti daxilində daha aktiv olmalarına və seçicilərlə daha sıx əlaqələr qurmasına imkan yaradılıb. Bu, siyasi rəqabəti artıran və müxtəlif ideyaların cəmiyyətə təqdim edilməsinə imkan yaradan amillərdir. Seçki marafonunda qadınların aktiv iştirakı sevindirici haldır”.

O deyib ki, 1 sentyabrda keçiriləcək parlament seçkilərinin başqa bir əhəmiyyəti ölkənin bütün suveren ərazisində keçirilməsidir.

“Artıq azad olunmuş ərazilərimizdən namizədliyini verən şəxslər təbliğat kampaniyasını elə həmin ərazilərdə aparır. Ölkəmizin hər bir vətəndaşı yaşadığı ərazi üzrə səs verəcək. Bu məqam çox qürurvericidir”.

Baş redaktor deyib ki, seçkilərdə medianın üzərinə önəmli vəzifə düşür.

“Dünyanın istənilən nöqtəsində seçki zamanı hansısa neqativ hallar baş verə bilər. Əsas məsələ odur ki, media seçkilərlə bağlı məlumatları operativ və obyektiv ictimaiyyətə çatdırsın. Buna görə media nümayəndələrimizin üzərinə böyük məsuliyyət düşür. Onu da qeyd etmək lazımdır ki, jurnalistlərin seçkilərdə fəaliyyəti üçün bütün şərait yaradılıb”.

Paylaş:
2882

Son xəbərlər

Bütün xəbərlər