Türk dünyası COP29-u Qarabağ Bəyannaməsi ilə qarşılayır | 1news.az | Xəbərlər
Köşə

Türk dünyası COP29-u Qarabağ Bəyannaməsi ilə qarşılayır

11:03 - 09 / 07 / 2024
Türk dünyası COP29-u Qarabağ Bəyannaməsi ilə qarşılayır

1991-ci ildə SSRİ süquta uğradıqdan sonra yenicə müstəqilliyini əldə etmiş Azərbaycan qonşu Ermənistan tərəfindən silahlı təcavüzə məruz qaldı, 1992-ci ildən Şuşa şəhəri də daxil olmaqla, demək olar ki, ərazisinin beşdə biri 30 il müddətində işğal altında saxlanıldı.

İşğal bu ərazilərdən təxminən bir milyon azərbaycanlının kütləvi etnik təmizlənməsi və digər ağır cinayətlərin törədilməsi ilə müşayiət olundu.

1993-cü ildən etibarən ölkəmiz bütün dünyanın bağlı olduğu ümumbəşəri dəyərləri özünün davamlı inkişafında prioritet hesab etməyə başladı. Xüsusilə də, son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında tolerantlıq və multikultural dəyərlərə üstünlük verilməklə bütün Azərbaycan cəmiyyəti məhz bu dəyərlərin əsasında formalaşdırıldı.

Bu gün Azərbaycan artıq bütün beynəlxalq platformalarda tərəfdaşlığa olan sadiqliyini davam etdirərək, dünya ictimaiyyətinə davamlı inkişafa nail olmağın yolunu nümayiş etdirir. Bu əməkdaşlıqlar çərçivəsində son illərdə ölkəmiz özünün çoxvektorlu xarici siyasətində xüsusilə türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini prioritet olaraq müəyyən edərək, türk dünyasının ayrılmaz bir parçasına çevrilib.

Heç kəsə sirr deyil ki, Azərbaycan üçün əhəmiyyəti və vacibliyi ilə fərqlənən beynəlxalq platformalardan biri də məhz Türk Dövlətləri Təşkilatıdır ki, Azərbaycan bu vaxta qədər təşkilatın yaranması və fəaliyyətində hərtərəfli dəstək nümayiş etdirib.

Yeniləşən dünyamızda sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk dövlətlərinin tarixi nailiyyətlərini müasir çağırışlarla uzlaşdıraraq xalqların daha yaxşı yaşamalarını təmin etmək, habelə yaranmış geosiyasi vəziyyətdə türk dövlətlərinin daha dayanıqlı birliyini möhkəmləndirmək Azərbaycanın milli maraqlarını əks etdirir.

Bu gün artıq türk dövlətləri demək olar ki, bütün sahələrdə dayanıqlı inkişafı xarakterizə edən əhəmiyyətli sənədlərini hazırlamaqdadırlar. Xüsusilə, 2021-ci ildə qəbul edilən “Türk Dünyasına Baxış-2040” sənədi qloballaşan dünyamızda baş verən dəyişikliklərə uyğunlaşmaq üçün əsas yol xəritəsini təşkil edir. Burada prioritet istiqamətlərdən biri də türk dövlətlərinin həm regional, həm də qlobal iqtisadiyyata təsirlərinin dayanıqlılığının təmin olunması, eyni zamanda onların vəhdətinin yaradılmasını diktə edir.

Bu baxımdan, cari ilin 6 iyul tarixində Azərbaycan Respublikasının təşəbbüsü ilə Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi, görüşün yekununa dair Bəyannamənin imzalanması türk dünyasının ürəyinin Qarabağla döyündüyünü nümayiş etdirdi. Prezident İlham Əliyevin həmin Zirvə görüşündəki çıxışı Azərbaycan xalqının növbəti nailiyyəti olmaqla, istəyimizi və gələcəyə baxışımızı bir daha özündə ehtiva etdi.

Zirvə görüşünün Qarabağın tacı, Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri hesab olunan Şuşa şəhərində keçirilməsi əlbəttə ki, təsadüfi deyildi. Belə ki, tolerant və multikuıtiral Azərbaycanın rəmzinə çevrilən Şuşa 2021-ci ildə “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuşdur. 2022-ci ildə Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar həmin il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Eyni zamanda Azərbaycan və bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz əyilməz ruhumuzun rəmzi olan Şuşa şəhərində imzalanmışdı.

Prezident İlham Əliyevin türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənə və dəyərlərə söykənən ailə olduğuna yönəlmiş dolğun və məzmunlu çıxışı regional təhlükəsizlik, sabitliyin əldə olunmasında türk dövlətlərinin əhəmiyyətini bir daha ortaya qoydu.

Dövlət başçısının “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır” sözləri, Onun uzaqgörən və hədəfli yanaşması qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın türkdilli dövlətlərin daha da möhkəmlənməsi, təşkilatlanması, eləcə də qarşılarına qoyduğu bütün hədəflərə nail olunmasında ən əsas yol olduğunu göstərməsindən ibarət idi.

Prezident İlham Əliyev çıxışı zamanı türk dövlətləri ilə Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin, eləcə də əməkdaşlığının müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırdı, eləcə də artan əmtəə dövriyyəsinin həcminə xüsusi toxunaraq, görülən işlərin bütün ölkələrin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirdi.

Cari ildə isə Azərbaycan özünün, o cümlədən türk dünyasının növbəti uğuruna imza atacaq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi edəcəkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək.”

Bu istiqamətdə sözsüz ki, həm türk dünyası çərçivəsində, həm də qlobal miqyasda beynəlxalq həmrəyliyin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu baxımdan, beş dövlət başçısı tərəfindən imzalanan, özündə 31 bəndi əks etdirən “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” türk dünyasının həmrəyliyini daha da möhkəmləndirməklə yanaşı, türk dövlətlərinin COP29-un işində yüksək səviyyədə iştirak edərək, qlobal çağırışların müzakirələrində türk baxışını ortaya qoymaları üçün imkan yaradacaqdır.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
2165

Son xəbərlər

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏRBu gün, 18:41Azərbaycan və İran XİN rəhbərləri görüşüb, əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO - YENİLƏNİBBu gün, 17:59Haqsız rəqabətə görə 190 min manata yaxın cərimə yazılıbBu gün, 17:51Masazırda kişi qətlə yetirilibBu gün, 17:46Antalyanın kəndi dünya üzrə ən yaxşı turizm məkanlarından biri olduBu gün, 17:41Muxtar Babayev COP16-nın prezidenti ilə iqlimin maliyyələşdirilməsini müzakirə edibBu gün, 17:35Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilibBu gün, 17:07Suraxanıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilibBu gün, 17:01Onlayn formatda Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilibBu gün, 16:38Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - FOTOBu gün, 16:06Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılırBu gün, 15:53Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilibBu gün, 15:44Prezident Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİBBu gün, 15:34Qəza, nasaz avtomobillər - Yağışlı havada Bakı yollarında vəziyyət - SİYAHIBu gün, 15:16Dövlət qulluğuna qəbulun test mərhələsinin nəticəsi açıqlanıbBu gün, 15:06​​​​​​​Sumqayıtda 91 yaşlı qadın hündürlükdən yıxılaraq ölübBu gün, 14:49Naxçıvan Dövlət Universitetinə rektor təyin edilibBu gün, 14:26ASCO-nun bərə və Ro-Ro tipli gəmiləri ilə sərnişin biletlərinin qiyməti neçəyədir?Bu gün, 14:25Dövlət Başçısı El-Salvadorun Azərbaycandakı yeni səfirini qəbul edib - YENİLƏNİBBu gün, 14:00Leysan xarakterli yağış nə zamana qədər davam edəcək? - AÇIQLAMABu gün, 13:50
Bütün xəbərlər