Paytaxtda tıxac müşahidə olunan küçə və prospektlər

Paytaxtda tıxac müşahidə olunan küçə və prospektlər açıqlanıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. "20 Yanvar" dairəsində;
4. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
5. Babək prospekti, mərkəz istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
10. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
12. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.