Londonda azərbaycanlı xanıma yüksək fəxri ad verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Londonda azərbaycanlı xanıma yüksək fəxri ad verilib

Qafar Ağayev16:04 - Bu gün
Londonda azərbaycanlı xanıma yüksək fəxri ad verilib

Londonda yaşayan azərbaycanlı notarius Nərminə Hüseynovaya şəhərin ən nüfuzlu fəxri titullarından biri olan “Freedom of the City of London” fəxri adına layiq görülüb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Nərminə Hüseynova bu ada “The Worshipful Company of Scriveners” cəmiyyəti vasitəsilə qəbul edilib. O, bu etibarlı peşəkar cəmiyyətə üzv olmaqla İngiltərədə “Scrivener Notary” titulunu daşımaq hüququ qazanan az sayda notariusdan biri olub. Hazırda bu ada sahib olan şəxslərin sayı təxminən 40 nəfərdir. “Scrivener Notary” Böyük Britaniyada xüsusi ixtisaslaşmış notarius növüdür. Adi notariuslardan fərqli olaraq, “Scrivener Notary” beynəlxalq hüquq, xarici dillər və beynəlxalq sənədləşmə sahəsində daha yüksəksəviyyəli ekspertizaya malikdir.

Qeyd edək ki, “The Freedom of the City of London” fəxri adı 1237-ci ildən başlayaraq hər il öz əməyi və fəaliyyəti ilə işində, sənətində, elm sahəsində və digər müxtəlif sahələrdə böyük nailiyyətlər qazanmış insanlara məhdud sayda verilən ən qədim fəxri adlardan biridir.

Bu fəxri ad Kraliça Elizabet, Uinston Çörçill, Nelson Mandela kimi məşhur tarixi şəxsiyyətlərə, habelə Tim Berners-Liyə (internetin yaradıcısı) və Stiven Hokinqə verilib.

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər