Qusarlı bacı-qardaş da təyyarə qəzasında həlak olublar
AzAL-ın təyyarəsinin dekabrın 25-də Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olanlardan ikisinin Qusar rayonundan olduğu məlum olub.
1news.az APA-ya istinadən xəbər verir ki, faciəli şəkildə həlak olan vətəndaşlarımızdan ikisi Qusar rayonunun Suduroba kəndini sakinidir.
Bacı-qardaş, 22 yaşlı Əli və 19 yaşlı Xədicə Əlimirzəyevlər faciənin qurbanı olublar.
Faktı Qusar rayon İcra Hakimiyyətindən təsdiq ediblər.
95