Səbinə Əliyeva Qazaxıstanın Ombudsmanı ilə əlaqə saxlayıb, 2 uşaq xəstəxanaya yerləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbinə Əliyeva Qazaxıstanın Ombudsmanı ilə əlaqə saxlayıb, 2 uşaq xəstəxanaya yerləşdirilib

Qafar Ağayev12:52 - 25 / 12 / 2024
Səbinə Əliyeva Qazaxıstanın Ombudsmanı ilə əlaqə saxlayıb, 2 uşaq xəstəxanaya yerləşdirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qazaxıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Artur Lastayev ilə əlaqə saxlayıb.

1news.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidməti məlumat yayıb.

O, “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən və müalicəyə ehtiyacı olan şəxslərlə bağlı lazımi zəruri tədbirlərin görülməsi üçün məsələnin diqqətdə saxlanılmasını xahiş edib.

Qeyd olunub ki, birbaşa fasiləsiz təmasın yaradılması məqsədilə Qazaxıstan və Azərbaycan Ombudsman təsisatlarının əməkdaşlarından ibarət işçi qrupu yaradılmaqla, zəruri məlumatların bölüşülməsi təmin olunub. Hadisə ilə bağlı məsələlər diqqətdə saxlanılır, ictimaiyyətə əlavə məlumat veriləcək.

Bundan başqa, ️Qazaxıstanın Uşaq Ombudsmanı bildirib ki, qəzada yaralanan 11 və 16 yaşlı iki nəfər qız xəstəxanaya yerləşdirilib.

Paylaş:
288

Son xəbərlər

Bütün xəbərlər