Azərbaycan FHN-nin psixoloq, həkim və xilasedicilərdən ibarət qrupu Aktau şəhərə göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan FHN-nin psixoloq, həkim və xilasedicilərdən ibarət qrupu Aktau şəhərə göndərilib

09:06 - 26 / 12 / 2024
Azərbaycan FHN-nin psixoloq, həkim və xilasedicilərdən ibarət qrupu Aktau şəhərə göndərilib

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus “BE-200 ÇS” amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Qarşıda qoyulmuş tapşırıqlara uyğun olaraq, nazirliyin psixoloqları tərəfindən zərərçəkmişlərə təcili psixoloji yardım göstərilir, habelə həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirilir. Həmçinin, qəza baş vermiş ərazidə nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görülür. Əlavə məlumat veriləcək.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Məlumata görə, sərnişinlərin 29-u sağdır.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər