Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisi start götürəcək | 1news.az | Xəbərlər
FORMULA 1

Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisi start götürəcək

Qafar Ağayev09:00 - 13 / 09 / 2024
Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisi start götürəcək

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisi başlayır

1news.az xəbər verir ki, məlumatına görə, ilk gündə iki sərbəst yürüş keçiriləcək.

Bundan əlavə, "Formula 2"də də sınaq yürüşü ilə yanaşı, sıralama turu da gerçəkləşəcək.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rozberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.

Azərbaycan Qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. "McLaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.

Konstruktorlar kubokunda "Red Bull" 446 xalla xalla birinci, "McLaren" 438 xalla ikinci, "Ferrari" 407 xalla üçüncüdür.

Azərbaycan Qran-prisində ilk günün proqramı

11:00. "Formula 2": Sərbəst yürüş
13:30. "Formula 1": Birinci sərbəst yürüş
15:00. "Formula 2": Sıralama turu
17:00. "Formula 1": İkinci sərbəst yürüş

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Paylaş:
1348

Son xəbərlər

Bütün xəbərlər