Bu il Formula 1 Azərbaycan Qran Pirisi yeni qaydalarla keçiriləcək
Bu il Formula 1 Azərbaycan Qran Pirisi koronavirus pandemiyası səbəbindən yeni qaydalarla keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətinin rəhbəri Ayan Nəcəf bu gün keçirilən seminarda deyib.
O bildirib ki, yarış həftəsonu 4 gün deyil, 3 gün davam edəcək: "Həmçinin Mükafatlandırma tədbirlərinə də məhdudiyyətlər qoyulub".
A.Nəcəf vurğulayıb ki, Formula 1 Azərbaycan Qran Prisi 6 iyunda baş tutacaq: "Digər illərdən fərqli olaraq Formula 1 Qran Prisinin ilk yarışı Avstraliyada deyil, 28 mart Bəhreyndə keçiriləcək".
6734