Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib
Dünən Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 2 kişi, 1 qadın olmaqla, 3 nəfər hospitalizasiya olunub.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Bildirilib ki, dəm qazının toksiki təsiri diaqnozu ilə sözügedən şəxslərə zəruri tibbi yardımlar göstərilib.
Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
69