Pirəkəşküldə Pakistan vətəndaşının ölməsilə bağlı araşdırma aparılır - YENİLƏNİB
Prokurorluq Abşeron rayonunda bir nəfərin ölümü, digər şəxsin xəsarət alması ilə nəticələnən hadisəni araşdırır.
Bu barədə 1news.az-da Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
***
11:57
Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.
1news.az “Report”a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən zavodlardan birində qeydə alınıb.
Belə ki, zavodda fəhlə işləyən Hindistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə hava pəri aşıb. O, aldığı xəsarətlərdən götürüldüyü xəstəxanada ölüb.
Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtdakı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.