Rəhman Hümmətov: Hələlik taksilərin avtobus zolaqlarına girməsi məsələsi müzakirə olunmur
“İstənilən yerdə taksidən düşüb-minmək olmaz”.
1news.az xəbər verir ki, bunu "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.
“Bəzən görürük ki, taksi sürücüləri yolun ortasında saxlayaraq, sərnişini düşürdür. Bu yolverilməzdir. Bakı şəhəri üzrə 160-dan artıq taksi dayanaqlarının yaradılması planlaşdırmışıq. Onların bəziləri icra olunub, bəziləri isə zamanla icra olunacaq. Dünya təcrübəsində də taksiyə istənilən yerdə minib-düşmək mümkün deyil. Hələlik taksilərin avtobus zolaqlarına girməsi məsələsi müzakirə olunmur”.
70