AYNA-nın sədri: 2024-cü ildə Bakıda sərnişin daşımada 28 milyon artım olub | 1news.az | Xəbərlər
Cəmiyyət

AYNA-nın sədri: 2024-cü ildə Bakıda sərnişin daşımada 28 milyon artım olub

Qafar Ağayev10:45 - Bu gün
AYNA-nın sədri: 2024-cü ildə Bakıda sərnişin daşımada 28 milyon artım olub

“Bakı şəhəri üzrə 2024-cü ildə 476 milyon nəfər sərnişin daşınmış, 2023-cü illə müqayisədə 28 milyon nəfər sərnişin artımı müşahidə edilib”.

1news.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev brifinqdə deyib.

“11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib. Tam yeni avtobusların fəaliyyət göstərdiyi 2 marşrut yaradılıb.

A. Rzayev deyib ki, 200 avtobus təmir edilərək daşımaya qaytarılmış, həmçinin 165 ədəd elektrik avtobusu daşımalara cəlb edilib.

“Özəl daşıyıcılar tərəfindən 60 ədəd yeni avtobus gətirilmiş və bir hissəsi artıq istismara buraxılmışdır. 2025-ci ildə özəl daşıyıcılar tərəfindən 100-dən artıq avtobusun gətirilməsi gözlənilir.

2022-ci ilin sentyabrın 15-də gün ərzində fəaliyyət göstərən avtobusların orta sayı təxminən 1720 olduğu halda, bu göstərici 2023-cü ildə təxminən 1950 ədədə, 2024-cü ildə isə 2160-a qədər artırılmış, marşrutların pik vaxt yüklənməsi 100%-dən aşağı salınmışdır”.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər