Xəzər dənizində gün ərzində 3 dəfə zəlzələ baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzər dənizində gün ərzində 3 dəfə zəlzələ baş verib

11:27 - 26 / 12 / 2024
Xəzər dənizində gün ərzində 3 dəfə zəlzələ baş verib

Xəzər dənizində bu gün üçüncü dəfə zəlzələ qeydə alınıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, təkanlar yerli vaxtla saat 10:52-də olub. 3,4 maqnitudalı zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, ilk yeraltı təkanlar 26 dekabr Bakı vaxtı ilə 02:03-də qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 63 kilometr olub. 2-ci Bakı vaxtı ilə saat 07.28-də isə 3,1 maqnitudalı 2-ci zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər